PUL BARATLARININ ÜNVAN SAHİBLƏRİNİN BANK MÜƏSSİSƏLƏRİNDƏKİ HESABLARINA KÖÇÜRÜLMƏSİ
Baratlar ünvan sahiblərinin bank müəssisələrindəki hesablarına poçtamtlar tərəfindən köçürülür. Belə poçt müəssisələrinin hər birində onun xidmət göstərdiyi ərazidə yerləşən və bank müəssisələrində hesabı olan hüquqi şəxslərin adı, ünvanı, telefon nömrəsi və bankda olan hesablaşma hesablarının nömrəsi göstərilən siyahı olmalıdır.
Bank müəssisələri olmayan yaşayış məntəqələrində yerləşən hüquqi şəxslərə və ya onların nümayəndələrinə ünvanlanmış pul baratları etibarnamə əsasında nağd pulla ödənilə bilər.
Barat məbləğləri ünvan sahiblərinin bankdakı hesablaşma hesabına köçürülərkəndörd nüsxədən ibarət ödəniş tapşırığı tərtib olunur. Tapşırığın birinci nüsxəsi poçtamt rəisi (onun müavini) və baş mühasib tərəfindən imzalanır, müəssisənin gerbli möhürü ilə təsdiqlənir.
Ödəniş tapşırığının bütün nüsxələrində "Ödənişin təyinatı" qrafasında köçürülən baratların rəqəmlə sayı göstərilir.
Əgər bir ədəddən çox pul baratı köçürülərsə, onda onlara baratın ödəniş qəbzi və kompüter üzrə nömrəsi, haradan və kimdən daxil olması (göndərənin soyadı, adı tam göstərilir), baratın məbləği, həmçinin yazılı məlumat göstərilməklə, F.22 bildirişləri tərtib olunur.
Tapşırığın üç nüsxəsi hər gün bank müəssisə-sinə verilir. Tapşırığın üçüncü nüsxəsi ödəniş üçün bank tərəfindən təsdiqlənərək, poçtamta və ya poçt şöbəsinə qaytarılır. Dördüncü nüsxə ayrı-ayrı hissələrə kəsilir, xidməti sifarişli məktubla ünvan sahibinə göndərilir.
Köçürülən pul baratlarının arxasında köçürülən günün tarixinə uyğun təqvim ştempelinin əksi vurulur.
Dostları ilə paylaş: |