ÖDƏNİLMİŞ BARATLARA NƏZARƏT
Ödənilmiş pul baratlarına və onların bildirişlərinə nəzarət edən şəxs hər gün aşağıdakıları yoxlamalıdır:
1. Barat blanklarında ünvan sahiblərinin imzalarının olub-olmamasını, bank vasitəsi ilə ünvan sahiblərinin hesabına köçürülən baratlarda köçürmə gününə uyğun təqvim ştempelinin olmasını, baratlarda göstərilən məbləğlərlə ünvan sahiblərinin yazı ilə göstərdikləri məbləğlərin uyğunluğunu, bildirişlərdə evlərdə ödənilməmənin səbəblərinin göstərilməsini;
2. Ödənilmiş baratlarda göstərilən məbləğlərdə, tarixlərdə, ünvan sahiblərinin ünvanlarında, ad və soyadlarında qaralama və düzəlişlərin olub-olmamasını;
3. Bildirişlərdə pulu ödəyən işçinin imzasının olub-olmamasını;
4. Bildirişlərdə təqdim olunmuş sənəd haqqında ünvan sahibinin imzası ilə təsdiqlənmiş məlumatın və ya "Ünvan sahibi mənə tanışdır" qeydinin, zəruri hallarda isə etibarnamələrin olub-olmamasını, etibarnamələrin düzgün tərtib olunmasını;
6. Baratların F.10 reyestrinə düzgün yazılmasını, ödənilmiş baratların ümumi sayının və məbləğlərinin həm baratlar, həm də F.10 reyestri üzrə hesablanmasının düzgünlüyünü.
F-10 reyestrlərindəki yekunlar nəzarətçi şəxsin imzası ilə təsdiqlənir. Yoxlanılmış baratların bildirişləri və F-10 reyestrləri nəzərdə tutulmuş qaydada saxlanılır.
Dostları ilə paylaş: |