Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları


Beynəlxalq poçt göndərişlərində bəzi kateqoriyalı mallar müəyyən edilmiş şərtlərlə göndərilə bilər



Yüklə 339,68 Kb.
səhifə6/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   2   3   4   5   6   7   8   9   ...   37
Beynəlxalq poçt göndərişlərində bəzi kateqoriyalı mallar müəyyən edilmiş şərtlərlə göndərilə bilər:

- Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq və Bitki karantini idarələri tərəfindən verilmiş arayış təqdim edildikdə - heyvanlar, baytarlıq təbabətində tətbiq olunan dərmanlar,bioloji preparatlar, baytarlıq ləvazimatları və bitkilər;

- şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri;

- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin icazəsi olduqda-bədii, tarixi, elmi əhəmiyyət kəsb edən və başqa qiymətli mədəni əşyalar ( o cümlədən 1965-ci ilə qədər buraxılmış yerli və xarici seriyalı və kütləvi istehsal məhsulu olmayan əşyalar, əllə toxunmuş xalçalar, xalça və xalça məmulatları, büllur, çini və saxsı qabları, musiqi alətləri, təsviri sənət əsərləri və s.).

Hüquqi və fiziki şəxslər tərəfindən kommersiya məqsədi ilə beynəlxalq poçt göndərişlərində göndərilən mallara qoyulmuş qadağa və şərtlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.12.2004-cü il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı" və "Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları" ilə tənzimlənir.

Beynəlxalq poçt göndərişləri ilə daxil olan, göndərilən və ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kq-dan artıq olan mallara gömrük ödənişləri tətbiq edilir.

Beynəlxalq poçt göndərişləri ilə 250 q-dək balıq kürüsü, 3 litr alkoqollu içki və 3 blok siqaret ölkənin gömrük ərazisindən keçirilə bilər.


Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin