Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları



Yüklə 339,68 Kb.
səhifə9/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   ...   5   6   7   8   9   10   11   12   ...   37
Qəbulu qaydaları

Sifarişli beynəlxalq poçt göndərişlərinin qəbuluna dair ödəniş qəbzi verilir.

Ünvan sahibindən təyinat ölkəsinin rəsmi dilində yazılmış sifarişli poçt göndərişi qəbul edildikdə, poçt işçisi göndəriciyə təyinat ölkəsinin adı və ünvan sahibinin soyadının Azərbaycan dilində təkrar yazılmasını təklif etməlidir.

Poçt qutularından üzlükləri zədələnmiş, əzilmiş, ləkələnmiş halda çıxarılmış və ya poçt göndərişlərinin sənədləşdirilməsinə aid olmayan yazılar və nişanlar olan beynəlxalq məktublar, poçt kartları və banderollar yenidən qaydaya salınması üçün göndəriciyə qaytarılır. Zərfin zədələnmiş yeri (üzlüyü) yapışdırılır və ya üz çəkilir. Onun üzərinə "Poçt qutusundan zədələnmiş (əzilmiş, ləkələnmiş) üzlüklə götürülmüşdür, yenidən qablaşdırılmaq üçün qaytarılır" sözləri yazılmış F.20 arayışı yapışdırılır. Üzərində göndərişə aid olmayan yazılar, nişanlar olan korrespondensiyanın üzərinə aşağıdakı qeydlər edilir: "Məktubun (poçt kartının, banderolun) üzərində göndərişə aid olmayan yazılar, nişanlar olduğundan, yenidən qablaşdırılmaq üçün qaytarılır". Arayış nəzarətçi şəxs tərəfindən imzalanır və təqvim ştempeli ilə təsdiq edilir. Əgər göndəricinin ünvanı göstərilməmişsə, onda göndəriş "paylanmamışlar"a aid edilir.



Çatdırılması

Beynəlxalq məktublar, poçt kartları və banderollar ünvan sahiblərinə daxili korrespondensiya üçün müəyyən edilmiş qaydada çatdırılır (verilir). "M" kisələri poçtamtlar tərəfindən verilir, müstəsna hallarda onların verilməsi poçtamtın icazəsi ilə xüsusi olaraq ayrılmış poçt şöbələrində təşkil oluna bilər. Belə hallarda kisənin içərisindəkilər çıxarılaraq, ünvan sahibinə beynəlxalq banderol kimi verilir. "M" kisəsinin tarası onu işləyən beynəlxalq poçt mübadiləsi yerinə qaytarılır.

Beynəlxalq sadə və sifarişli poçt göndərişlərinin göndərilmə haqqı onların üzərinə markalayıcı maşınların həkkinin əksi vurulmaqla ödənilə bilər.Həkkin əksində poçt müəssisəsinin adı, qəbul günü, maşın sahibinin poçt ünvanı və tam adı, poçt indeksi, göndərmə haqqının məbləği, əgər məktub və ya banderol sifarişlidirsə, həmçinin sifariş haqqı da əks olunur.

F.22 bildirişinin və ya F. 11 reyestrinin üzərinə vurulmuş markalayıcı maşının həkkinin əksi hüquqi şəxslərin ünvanına daxil olmuş qiyməti bəyan olunmuş məktub və banderolların çatdırılmasının, həmçinin poçt göndərişlərinin bir yerdən digərinə göndərilməsinin, qaytarılmasının və uzunmüddətli etibarnamələrin ödəniş haqqı kimi qəbul oluna bilər.



Kiçik paketlər

Kiçik paketlərdə hədiyyə xarakterli sınmayan əşyalar göndərilir. Kiçik paketin qablaşdırılması onun xarakterinə uyğun olmalı və daşınma zamanı onun zədələnməsinin qarşısını almalıdır. Kiçik paketin içərisindəki əşyaların dəyəri 30 xüsusi alqı haqqından (bundan sonra XAH) artıq olmamalıdır. Bu halda XAH-ın məzənnəsi müvəkkil bank vasitəsi ilə dəqiqləşdirilir.

Göndərici hər bir kiçik paket üçün F.CN 22 "Gömrük yarlığı" doldurur. Göndərici tərəfindən F.CN 22 "Gömrük yarlığı" əvəzinə "Ölkələrin siyahısı"nda və "Rəhbərlik"də göstərilən sayda F.CN 23 "Gömrük bəyannaməsi" (əlavə 41) doldurula bilər. "Rəhbərlikdə" adı çəkilməyən ölkələrə kiçik paketlər göndərən zaman gömrük bəyannaməsi üç nüsxədən ibarət tərtib edilir. Gömrük bəyannaməsində ünvan sahibinin soyadı, tam ünvanı, təyinat ölkəsi, hər bir göndərilən əşyanın adı, onun çəkisi və qiyməti, həmçinin göndəricinin ünvanı və soyadı göstərilir. Əşyaların ümumi adlarla yazılmasına icazə verilmir . Gömrük bəyannaməsi Azərbaycan dilində və sətiraltı tərcümə ilə təyinat ölkəsinin dilində latın əlifbası və ərəb rəqəmləri ilə yazılır. Əgər bəyannamədəki yazı sətiraltı tərcümə ilə yazılmamışdırsa, onda bu kiçik paketin qəbul edilməsi üçün səbəb ola bilməz.


Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin