Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları



Yüklə 339,68 Kb.
səhifə12/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   ...   8   9   10   11   12   13   14   15   ...   37
İşlənməsi

Qiyməti bəyan olunmuş məktubun qəbulu haqda ödəniş qəbzi verilir. Qəbzdə daxili qiyməti bəyan olunmuş məktublar üçün nəzərdə tutulan məlumatlardan başqa, təyinat ölkəsinin adı da göstərilir. Poçt şöbələrində qəbul olunan qiyməti bəyan olunmuş məktublar işləndikdən sonra PF-yə, buradan isə PDM-ə göndərilir. Qiyməti bəyan olunmuş məktub postpaketlərə


qoyulmazdan əvvəl təyinat ölkəsinin adı, bəyan olunmuş qiymətin məbləği (manatla), qəbul nömrəsi qeyd olunmaqla F.16 qaiməsinə yazılmalıdır. Qaiməni məktub haqda məlumatı yazan və nəzarət edən şəxs imzalayır. Qiymətli kisələr, F.17 yarlığında əlavə olaraq "Beynəlxalq" sözü göstərilməklə, ümumi qəbul edilmiş qaydada bağlanır.

Qiyməti bəyan olunmuş beynəlxalq məktublar təyinat üzrə poçt müəssisələrinə ölkə paytaxtından, rayon mərkəzlərindən, ştrix-kod etiket nömrəsi, bəyan olunmuş qiyməti(manatla) və göndərildiyi ölkənin adı F.16 qaiməsinə yazılaraq,qiymətli kisələrdə daxil olurlar. Kisələrin açılması və qiyməti bəyan olunmuş məktubların təyinat yerlərində işlənməsi daxili qiymətli kisələr və qiyməti bəyan olunmuş məktublar üçün nəzərdə tutulmuş qaydada yerinə yetirilir.



Verilməsi

Qiyməti bəyan olunmuş beynəlxalq məktublar ancaq poçt müəssisələrində rəisin (onun müavininin) və ya sex (sahə) rəisinin iştirakı ilə məktubların mütləq açılması və içərisindəkilərin F.CN 22 yarlığı və ya F.CN 23 gömrük bəyannaməsi ilə uyğunluğunun yoxlanılması şərti ilə verilir. Açılmamışdan əvvəl məktubun üzlüyünün vəziyyəti və çəkisi yoxlanılır.

Məktub ünvan sahibinə verilərkən içərisində yarlıq və ya bəyannamə olmadığı halda, məktubun içərisində olan əşyalar yazılmaqla üç nüsxədə F.51 aktı tərtib olunur. Akt poçt işçiləri və ünvan sahibi tərəfindən imzalanır. Aktın birinci nüsxəsi PF-yə və ya PDM- ə lazımi yoxlama aparmaq üçün göndərilir. İkinci nüsxə,məktubun içərisindəki əşyalarla birlikdə bildirişdə imza etdirməklə ünvan sahibinə verilir, üçüncü isə poçt müəssisəsinin özündə qalır


Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin