Sifarişli BPG
Göndəricilərə qəbul edilməsi haqda qəbz verilən poçt göndərişləri (məktublar, poçt kartları, banderollar, kiçik paketlər, "M" kisələri) sifarişli poçt göndərişləri adlanır. Bu göndərişlər müşayiət sənədlərinə yazılaraq göndərilir və ünvan sahibinə imza etdirməklə verilir.
Sifarişli poçt göndərişlərində dəqiq və aydın "Recommande "("Sifarişli") qeydi olmalıdır.
Təcili çatdırılması nəzərdə tutulan BPG ünvan yazılmış tərəfinin mümkün qədər yuxan sol hissəsində açıq qırmızı rəngli xüsusi çap edilmiş yarlıq və ya "Express" qeydi olan ştamp vurulmalıdır. Belə yarlığın və ya ştampın olmadığı halda, "Express" qeydi qırmızı mürəkkəbli və ya diyircəkli qələmlə yazılır.
"Express" xidməti göstərən xarici ölkələrdə poçt göndərişləri xüsusi olaraq nəzərdə tutulmuş işçi vasitəsi ilə onların daxil olduğu vaxtdan sonra qısa müddətdə ünvan sahiblərinə çatdırılır.
Beynəlxalq poçt göndərişləri, Ümumdünya Poçt İttifaqının aktlarının müddəalarına uyğun olaraq, qəbul edildiyi və ya ünvanlandığı ölkələrdə gömrük nəzarətinə təqdim edilə bilərlər. Bu zaman MO, hansı formada tərtib edilməsindən asılı olmayaraq gömrük bəyannaməsinə, həmçinin gömrük nəzarətinə təqdim edilmiş məktub korrespondensiyasını və poçt bağlamalarını yoxlayan zaman gömrük orqanları tərəfindən qəbul edilmiş qərarlara görə heç bir məsuliyyət daşımırlar.
Beynəlxalq poçt göndərişləri poçt mübadiləsi aparılan ölkələrə yerüstü və hava nəqliyyatı ilə göndərilmək üçün qəbul edilir.Hava yolu ilə prioritet qaydada daşınan poçt göndərişləri aviagöndərişlər adlanır.Hava yolu ilə məhdud prioritetlə daşman yerüstü poçt göndərişləri "Surface air lifted" (bundan sonra "SAL") poçtu adlanır.
Qiyməti bəyan olunmuş məktublar və poçt bağlamaları ancaq "Rəhbərlik"də göstərilən ölkələrə qəbul edilir.500 qramdan yuxarı olan kiçik paketlər "Ölkələr siyahısına" uyğun qəbul edilir.Pul köçürmələri o ölkələrə qəbul edilə bilər ki, həmin ölkələrlə bu barədə müvafiq razılaşma olsun.Beynəlxalq pul köçürmələri, beynəlxalq "Ödəmə şərtli" poçt göndərişlərinin qəbulu, işlənməsi, göndərilməsi və çatdırılması ayrı-ayrı xarici ölkələrlə bağlanmış müqavilələrin şərt və tələblərinə, onların əsasında tərtib edilmiş təlimatlara uyğun həyata keçirilir.
Bütün növ beynəlxalq poçt göndərişləri (bağlamalar və kiçik paketlər istisna olmaqla) təyinat yerində təcili çatdırmaqla, sifarişli göndərişlər və qiyməti bəyan olunmuş məktublar isə ünvan sahibinə "Şəxsən verilməklə" tapşırıqları ilə qəbul edilə bilər. Belə göndərişlər "Rəhbərlik"də qəbuluna icazə verilən ölkələrə göndərmək üçün qəbul edilir.
Sifarişli göndərişlər, kiçik paketlər, qiyməti bəyan olunmuş məktublar və poçt bağlamaları "Xəbərnamə ilə" qəbul edilə bilər.
BPMY.
Beynəlxalq poçt göndərişlərinin qəbulu, işlənməsi və verilməsi bu Qaydalara və Ümumdünya Poçt İttifaqının aktlarına uyğun olaraq aparılır.
Beynəlxalq poçt göndərişlərinə gömrük nəzarətinin və rəsmiləşdirilməsinin həyata keçirildiyi poçt rabitəsi obyekti Beynəlxalq Poçt Mübadiləsi Yeri adlanır. Beynəlxalq poçt mübadiləsi yeri funksiyasını PDM həyata keçirir və daxil olan, göndərilən beynəlxalq poçt göndərişlərinin tam işlənməsini, həmçinin onların təyinatı üzrə göndərilməsini təmin edir.
Beynəlxalq poçt mübadiləsinin həyata keçirildiyi yer Beynəlxalq poçt mübadiləsi məntəqəsi adlanır.
Beynəlxalq poçt mübadiləsi yeri və məntəqələrinin fəaliyyətləri bu Qaydalar və Ümumdünya Poçt İttifaqının aktları ilə yanaşı, "Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən beynəlxalq poçt göndərişlərinə gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsi Qaydaları" ilə tənzimlənir.
Beynəlxalq poçt göndərişləri barədə xarici ölkələrin Poçt Müdiriyyətləri ilə yazışmalar yalnız (axtarışı, oğurlanması, çəki çatışmaması, içərisindəki əşyaların zədələnməsi və ya dəyişdirilməsi hallarında) MO tərəfindən aparılır.
PDM xarici ölkələrin müvafiq poçt müəssisələri ilə yalnız beynəlxalq poçtun göndərilməsi və işlənməsi haqda yazışmalar apara bilər. Beynəlxalq poçt mübadiləsi məntəqələri isə ancaq bilavasitə mübadilə apardıqları xarici ölkələrin beynəlxalq poçt mübadiləsi məntəqələri ilə yazışmalar apara bilərlər.
Beynəlxalq sadə, sifarişli məktub və banderollar, poçt kartları, kiçik paketlər, adi bağlamalar və pul baratları bütün poçt şöbələri tərəfindən qəbul edilir və verilir.Qiyməti bəyanolunmuş məktublar, "M" kisələri və poçt bağlamaları MPŞ-lər və xüsusi ayrılmış poçt şöbələri tərəfindən qəbul edilir və verilir. Belə poçt şöbələrinin siyahısı poçtamtların təqdimatı ilə MO tərəfindən təyin edilir.
Dostları ilə paylaş: |