BPG ölçü və çəkiləri
SIRA
№-Sİ
|
POÇT GÖNDƏRİŞİNİN NÖVÜ
|
ÇƏKİSİ,
kq
|
QABLAŞDIRILDIQDAN SONRA ÖLÇÜSÜ
|
1
|
2
|
3
|
4
|
1.
|
Poçt kartları
|
|
Ən böyük ölçüsü 105 x 148 mm
Ən kiçik ölçüsü 90 x 140 mm
|
2.
|
Məktublar
|
2
|
Məktubların, kiçik paketlərin və banderolların:
Ən böyük ölçüsü - 600 mm-dən artıq olmamaq şərti ilə uzunluğunun, eninin və qalınlığının cəmi 900 mm.
Ən kiçik ölçüsü - 90 x 140 vəl 10 x 220 mm.
|
3.
|
Kiçik paketlər
|
2
|
Boruvari bükülmüş məktublar, banderollar və kiçik paketlər üçün:
Ən böyük ölçüsü - uzunluğu və ya ikiqat diametri 900 mm-dən artıq olmamaq şərti ilə uzunluğu və ikiqat diametrinin cəmi 1040 mm.
Ən kiçik ölçüsü - uzunluğu və ya ikiqat diametri 100 mm-dən artıq olmamaq şərti ilə uzunluğu və diametrinin cəmi 170 mm.
|
4. 4.1.
|
Banderollar:
İçərisində korlar üçün çap nəşrləri və sekoqram olan sadə və sifarişli banderollar
|
7
|
Ən kiçik ölçüsü - uzunluğu və ya diametri 100 mm-dən artıq olmamaq şərtilə uzunluğu və diametrinin cəmi: 170 mm.
|
4.2.
|
İçərisində digər əşyalar olan sadə və sifarişli banderollar
|
5
|
4.3.
|
Qiymətli banderollar
|
2
|
5.
|
Hüquqi şəxslər tərəfindən eyni ünvana və eyni ünvan sahibinə ünvanlanmış xüsusi "M" kisələri
|
30
|
|
6.
|
Poçt bağlamaları:
|
Maksimal çəki 31,5
|
1) Ölçülərindən biri 1,5 m-dən çox olmamaqla, uzunluğunun və ən böyük çevrə ölçülərinin cemi hər hansı istiqamətdə (uzunluqdan başqa) götürüldükdə 3 m-dən çox olmamaqla.
2) Çəkisi 10 kq-dan az olmaqla, ölçülərindən biri 1,05 metr və ya uzunluğunun və ən böyük çevrə ölçülərinin cəmi hər hansı istiqamətdə (uzunluqdan başqa) götürüldükdə 2 m-dən yuxan olan bağlamalar iriqabaritli hesab edilir.
3) Bağlamaların en kiçik ölçüsü məktublar üçün nəzərdə tutulmuş ən kiçik ölçülərdən az olmamaqla
|
6.1.
|
Ancaq beynəlxalq poçt göndərişləri üçün "Rəhbərlik"də nəzərdə tutulan xarici ölkələrə
|
6.2.
|
Respublika daxilində
|
Maksimal çəki 31,5
|
BEYNƏLXALQ POÇT GÖNDƏRİŞLƏRİNİN ÜNVANLANDIRILMASI
QAYDASI
Xaricə göndərilən poçt göndərişlərinin üzərində ünvan sahibinin ünvanı ingilis, fransız dillərində və ya təyinat ölkəsində anlaşılan dildə latın hərfləri və ərəb rəqəmləri ilə aşağıdakı ardıcıllıqla aşağıdan sağ tərəfdə yazılır: ünvan sahibinin soyadı, adı, atasının adı (hüquqi şəxsin tam adı) yaşayış məntəqəsinin, təyinat ölkəsinin adı. Yaşayış məntəqəsinin və təyinat ölkəsinin adları Azərbaycan dilində təkrar yazılır.
Ünvan yığcam, təyinat yeri göstərilən sətirlər və ünvanın başqa elementlərinin sətirləri arasında boş sətir qoymamaqla, sözlərin hərflərini aralamamaqla (bölməməklə) göndərişin sağ tərəfində uzununa istiqamətdə yazılmalıdır.
Göndəricinin soyadı və ünvanı poçt göndərişlərinin üzərində, yuxarı sol tərəfində xidməti qeydlərin əvvəlində ingilis, fransız və ya təyinat ölkəsində anlaşılan dildə latın hərfləri ilə yazılır.
Ünvanda hüquqi şəxslərin adlarının ixtisarla yazılmasına yol verilmir. Göndərici tərəfindən ünvanın bu Qaydaların tələblərinə uyğun yazılması poçt göndərişinin işlənməsi, göndərilməsi və çatdırılması zamanı əlavə arayışların alınması zəruriyyətini aradan qaldırır.
"Tələb olunanadək" ünvana göndərilən göndərişin ünvan yerində qalın şriftlərlə "Poste restante" ("Tələb olunanadək") yazılmaqla, onun veriləcəyi poçt müəssisəsinin (imkan daxilində), ünvan sahibinin yaşayış məntəqəsinin adı yazılır. Belə göndərişlərdə soyadların, rəqəmlərin, yalnız adların, uydurulmuş adların və ya hər hansı bir şərti işarələrin göstərilməsinə (yazılmasına) yol verilmir.
Beynəlxalq poçt göndərişlərinin növündən asılı olaraq, göndərici və ya poçt işçisi ünvan hissəsinin yuxarı hissəsində fransız dilində aşağıda göstərilən əlavə qeydləri etməlidir:
1. Qeyri-standart zərflərdə göndərilən məktubların üzərində - "Lettre";
2. 103A formalı siyahı ilə qəbul edilmiş banderolların ("M" xüsusi kisələrin) üzərində -"Imprimes”;
3. Sifarişli məktub, banderol və kartların, "M" kisələrinin üzərində -"Recommande";, Kiçik paketlərin üzərində - "Petit paquet" və "Recommande";
4. Qiyməti bəyan olunmuş məktub və bağlamaların üzərində - "Valeur declare"
5. "Xəbərnamə ilə" olan göndərişlərin üzərində - "AR" və ya "Avis de reception";
6. "Şəxsən verilməli" qeydi olan göndərişlərin üzərində - "A remettre en main propre";
7. Korlar üçün nəşrlər olan banderolların üzərində - "Cecogrammes";
8. Avia göndərişlərin üzərində - "Par avion";
9. İçərisində kövrək əşyalar qoyulmuş göndərişlərin üzərində - "Fragile";
10.Eyni ünvana və eyni alıcıya göndərilən xüsusi kisələrin ünvan yarlıqlarının üzərində - "M" hərfləri.
Dostları ilə paylaş: |