Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları


Sadə və sifarişli məktublar,banderollar ,poçt



Yüklə 339,68 Kb.
səhifə8/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   ...   4   5   6   7   8   9   10   11   ...   37
Sadə və sifarişli məktublar,banderollar ,poçt

kartları və “M” kisələri

Sadə və sifarişli beynəlxalq məktublarda müxtəlif növ yazılı məlumatlar, fotoşəkillər, sxemlər göndərilir.

Beynəlxalq banderollarda rəsmlər, coğrafi xəritələr, tikiş məmulatları, kataloqlar, reklam prospektləri, müxtəlif elanlar və bildirişlər, məlumat kitabçaları, korlar üçün qabarıq şriftlərlə yazılmış nəşrlər, o cümlədən sekoqram işarələri hazırlamaq üçün lazım olan ləvazimat,həmçinin, korlar üçün nəzərdə tutulmuş xüsusi kağızlar (əgər onlar rəsmi müəssisələr tərəfindən göndərilərsə), əlyazmaları göndərilir.

"M" kisələrində eyni ünvan sahibinə, eyni ünvana və eyni təyinat yerinə ünvanlanan kitablar göndərmək olar.



Qablaşdırılması

Beynəlxalq məktublar qaydalarda müəyyən edilmiş ölçüdə adi və ya bədii tərtibatlı zərflərdə qablaşdırılır.

Banderollar elə qablaşdırılmalıdır ki, daşınma zamanı onların içərisindəki əşyaların qorunması təmin edilsin və onların yoxlanılmasında çətinliklər yaranmasın.Blanklar, şüarlar, kitablar, albomlar, "korlar üçün danışan kitab" və göndərici üçün qiymət kəsb etməyən əşyalar yapışqanlı lentlə bağlanıla bilər və ya qovluğa, qutuya, açıla bilən futlyarlara, sonradan iplə yenidən bağlanıla bilən möhürlənməmiş paketlərə qoyula bilər. Çəkisi 500 qramdan yuxarı olan banderollar kağız lent tipli ikiqat kağız təbəqə və ya digər qalın kağız təbəqənin içərisinə qoyulub bükülməli və iplə yenidən bağlanılmalıdır.

Bu göndərişlər "M" kisələrində göndərilir, banderol kimi qablaşdırılır və onun üz örtüyünün üzərində bu Qaydalara uyğun qaydada göndəricinin və ünvan sahibinin tam ünvanları göstərilir. Banderolun üzərinə göndərici tərəfindən tərtib edilmiş ünvan yarlığı yapışdırılır. "M" kisələrinin göndərilməsi üçün poçt müəssisələrinin tarası istifadə edilir. Belə tipli kisələr üçün tariflər hər kisənin tam çəkisi üzrə hesablanır.

"M" kisəsi düzbucaqlı formasında, göndərici tərəfindən tərtib edilən, göndərici və ünvan sahibi haqda tam məlumatlar göstərilən ünvan yarlığına malik olmalıdır. Ünvan yarlığı kifayət qədər bərk materialdan, qalın kartondan, plastik materialdan, perqamentdən və ya üzünə kağız yapışdırılmış ağac lövhədən hazırlanmalı və 90x140 mm ölçüsündən kiçik olmamalıdır. Ünvan yarlığı forma 17 yarlığı ilə birlikdə kisənin boğazına bağlanır. Kisə istiqamət planına uyğun olaraq beynəlxalq poçt mübadiləsi(BPMY) yerinə göndərilir.


Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin