34
Bilisən yarəliyəm gözdən özüm salmamışam
Neyləyim bais olub sinədəki yarə qızım
Xuni-dil həsrətilə əşkinə qat bu gecədən
Vəsli-kalasini hicranıma sat bu gecədən
Təkliyinə adət elə, fikrimi at bu gecədən
Kərbəlada səni görrəm ürəyi yarə qızım
Babanın fikrinə
əlbəttə özün qal gecələr
Onu dindir ürəyindən qəmini al gecələr
Hər namazında xəyala məni də sal gecələr Kömək
et qüssəlidir Heydəri Kərrarə qızım Gecəni xəlq
edib
Allah ki, cəhan zülmət ola
Göz-gözü görməyə məzlum atana fürsət ola
Gedə çöllərdə boşalda ürəyin
rahət ola
Sözlərin çahə deyib, ağlaya ənharə qızım
Hər baxışda dili-məcruhumu sən dağlayısan
Baxısan üzdəki sili yerinə ağlayısan
Hey gözümdən öpüsən əşki üzə bağlayısan
Neylirəm toxdadı qurbandı gözüm yarə qızım
Sizə bir Kərbübəla var ki,
bəla baş verəcək
Həqq Özü Ali-Əbaya qəmi yoldaş verəcək
Kərbəlaya sənə bir sevməli qardaş verəcək Adı
Abbasdı, məşhur ələmdarə qızım
Xoşdiləm mən o qəddi-qaməti Heydər səmərə
Çəp baxanmaz sizə bir
kimsənə Abbasə görə
35
O da oğlumdu mənim bu sözümü al nəzərə
Can fəda eyləyəcək xırdaca qızlara qızım
O balam həşrə kimi babül-həvaic olacaq
Üz qoyan ləhzədə meydana cəmalın solacaq
Çiyninə məşgi gedən vəxtdə Səkinəm salacaq
Məşginə ox dəyəcək, məşg olacaq parə qızım
Kərbəlada ona hər
sədmə yetər billəm özüm
Çəkərəm başına əl, qəlbində qəmin silləm özüm
Ox dəyəndə gözünə başı açıq gəlləm özüm O
zaman qəm yetişər itrəti-ətharə qızım
Bir Rübab adlı gəlin
bu evə bir gün gələcək
Oxlanıb südəməri qəlbini möhnət dələcək
O da bu evdə elə gün qabağında öləcək
Olacaq niskil onun möhnəti əhrarə qızım
Dostları ilə paylaş: