42
Ta gördü Hüseyn qardaşını səbri azaldı
Ömrüm gülü zülmilə dedi soldu, saraldı
Getdim anamın yanına Qasim sənə qaldı
Əkbərdən ayırma onu, bu mümtəhən öldü
Qoş Əkbərinə oğlumu
dilşad elə qardaş
Qəmli ürəyin qüssədən azad elə qardaş
Məndən sonra sən Qasimi damad elə qardaş
Şayəd ürəyində görə dərdü-mühən öldü
Qismət bu
imiş səbr elə ənduhu-fəraqə
Bir gün gedəsən Zeynəb ilən səmti İraqə
Verməz bir içim su o yerin əhli qonaqə
Onda görəsən bülbülü-bağü-çəmən öldü
Düşsən yaralı peykərilə qanlı minayə
Səbr eylə bəliyyatə
o gün gəlmə nəvayə
Gəlləm anam ilə mən özüm Kərbübəlayə
Onda deyərəm qəlbini Taha öpən öldü
Orətdə təfavüt nə qədər var hamı bilsin Bax
qəmli Rübabə ürəyin
qəm oxu dəlsin
Vəllahi, Rübabın qadası Cudəyə gəlsin
Ağlardı Hüseynə o qədər qüssədən öldü
Aşiq odu daim ola yarın sorağında
43
Zəhranın ədəbli gəlini qəm siyağında
Axırda verib can özü də gün qabağında
Zeynəb dedi vay Əsğərə lay-lay deyən öldü
Dostları ilə paylaş: