Beytul-əhzan naləsi



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə14/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   10   11   12   13   14   15   16   17   ...   62
beytul-ahzan

Mədinədən çıxış
Şəbanə şəhri-Yəsribdən Hüseyn xunin-dil ayrıldı
Bətulun qəbri üstündən vəli çox müşkül ayrıldı
O itgin qəbrin üstündə Hüseyn yerdən duranmırdı
Döşənmişdi ananın qəbrinə heç ayrılanmırdı
Tökürdü seltək əşgin üzarə saxlıyanmırdı
Xudahafiz edib öz madərindən acil ayrıldı Keçirdib aşiq 
küllü karivan eşqini sandan
Baxıb məcmu üşşaqə əlamət gördü nöqsandan
Görüb bir südəmər kəmdir, quruhi-eşqbazandan
Götürdü Əsğərin olsun quruhu kamil ayrıldı
Vurub Süğra təfəüül Əkbərin səd tari zülfündən
Dilaviz oldu naz ilə o dəm dildari zülfündən
Dedi qoy eyləyim əhvalim istifsar zülfündən
Nə gördü vermədi yol istixarə bir tel ayrıldı
Dedi ey vay mənə, ol tari-muya bənd idim qəlbdən
Təbibi-eşq yazmışdı mənə dərman o kakildən Gələndə 
ağladın bildim özüm axırdan, əvvəldən
Qırıldı rişteyi-vəslin Əli teldən, qəlb ayrıldı
Buyurdu Qasimi-naşadə ol dəm şahi-dilxəstə
Ayağa dur gedək bir Müctəbanın qəbrinin üstə


44
Babandan bir xudahafiz elə ey sərvi-norəstə
Denən qoymur qalaq burda bu qövmi-batil ayrıldı
Dedi Qasim baba məndən ötrü çox bağrıqan olma
Bu axər gəlməyimdir qəbrinə dərdə nişan olma
Əmim ilə mən də getdim Kərbəlaya nagiran olma
O qədri ağladı guya uca dağdan sel ayrıldı
Çıxıb dərvazeyi-şəhri, Hüseynin göz yaşı axdı
Dönübdür çiyni üstündə Bəqinin səmtinə baxdı
O baxmaq Zeynəbi yandırdı bil-mərrə o da baxdı
Qalıb Süğra tək evdə, karivan əlhasil ayrıldı
Mədinədən köç
Ta bar olundu naqələrə bari-qafilə
Müşgülqoşa əzizi-Hüseyn düşdü müşgülə
Ali-Əba Mədinədə rahət qalanmadı Tərk 
etdi evlərin gecə vəxti düşüb çölə
Rahət nəfəs çəkə onları, qoymadı fələk
Ali-Rəsulu satdı zəmanə ərazilə
Əmr elədi imam ki, Süğranı bir görün
Könlün alın mərizdi ol doxti-kamilə
Əmri-imam ilə gecənin vəxti əhli-beyt
Gizlin vidayə mənzili-Süğraya gəldilər Qəm 
bəstərində gördülər bir dilrüba yatıb
Cismi əsir o nəhvilə ki, yel dəyər gülə
Əyləşdi bir tərəfdə Rüqəyyə Rübab ilən
Qundaq içində Əsğəri Süğraya verdilər


45
Bir baxdı Əsğərə o zaman bildi mətləbi
Tazə libası var gedir ayrı mənzilə
Zeynəb açıb sözü dedi: Süğra gedir hamı 
Qismət budur nə çarə qızım, eylə 
hövsələ Qəlbin darıxsa evdə oturma 
Bəqiyə get
Zəhraya de sözün, ürəyin bəlkə dincələ
Əyləşmə tək otaqda, darıxdırma öz-özün Hər 
dəmdə get günüzləri Abbas əmingilə
Ta ki, eşitdi bu sözü səslədi vay mənə Hammı 
gedir yanımda qalan yox bu mərhələ Va 
qürbəta dilində kəənnhu ovunmadı
Guya alovlanan cigərin çəkdilər milə
Ərz etdi: Əsğərin hələ heç qırxı çıxmayıb
Sinni bu norəsin əcəba çatmayıb ilə
Yalvardı, ağladı o qədər zaru-xəstə dil
Bir nəhvilə xanımlar onu tutdular dilə
Leyla xanım qəza və dəvasın xəbər alıb Verdi cavab xuni 
cigərdir qəza hələ
Əkbər gələndə əzr eylədi yaxşıyam ana
Bir gün yubansa vay halıma iş gəlib belə
Mən Əkbərin mərizəsiyəm qoymayın gedə
Bağlayıb fələk bu ömrümü bir tari kakilə
Yerdən durubdu Əkbəri bir də qucaqladı
Səsləndi müşgülü sən özün bari həll elə
Bəs kim qalır Mədinədə ölsəm əza tuta
Yandırdı kainatı o banuyi-fazilə
Əlqissə, karivan gecə vəxti düşüb yola
Gözdən itib o dəm ki, uzaqlaşdı qafilə


46
Qoydu üzün o halda Əkbər otağına Qüflün 
öpüb, alışdı ürək, az qalıb ölə
Axdı sireşgi səslədi ki, siz gedin gedin
Süğra ögeydi şayəd odur düşdü müşgülə

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin