Beytul-əhzan naləsi


Həzrət Süğranın (s.ə) əhvalatı



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə16/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   12   13   14   15   16   17   18   19   ...   62
beytul-ahzan

Həzrət Süğranın (s.ə) əhvalatı
Əli sənin adını nəqli-məhfil eyləmişəm
Ki, şəmi-məhfilimi bir yanan dil eyləmişəm
Əgər dübarə sənə üzbəüz gözüm sataşa
Bu xəstə canımı nəzri-şəmayil eyləmişəm
Namazi-sübhü ki, qıllam, Əli, Əli deyərəm
Sənin gözəl adını mən nəvafil eyləmişəm Fələk 
bizi ayırıb, yoxsa bivəfa deyilsən
Özüm-özümə iqameyi-dəlayil eyləmişəm
Sənin bu bağlı otağın məni kabab eləyib
O asitanədə hər ləhzəmi il eyləmişəm
Batanda gün mənə birdən ürək döyünmə gəlir
Qurub vəxti gözüm yaşını sel eyləmişəm 
Gözüm yaşilə sənə namə yazmışam bu 
gecə Vəfalı qasidilə indi rahil eyləmişəm
Yubansa qasid əgər çoxda nagiran olma
O qədər ağlamışam yolları gül eyləmişəm
Əli həmən gecə ki, siz Mədinədən çıxdız


49
Aparmaduz məni çün əmri müşgül eyləmişəm 
Məni qaşın qılıncıyla şəhid edəydin kaş Sənin 
qələm qaşını canə qatil eyləmişəm
Cahanda sənsiz əgər Nuh qədri ömr eləyəm
Yox ərzişim nə qədər olsa zail eyləmişəm
Öləm yenə diriləm bir dəqiqə sənlən olam
O bir dəqiqədə bir ömr kamil eyləmişəm
Amandı çox da yubanma qabaqda bayram var
Görən səni soruşur bəs ki, nisgil eyləmişəm Keçən 
gecə Əli bir qorxulu yuxu gördüm
Qiyamətdi desəm gər rəsail eyləmişəm
Həzrət Müslimin (ə) xitabı
Mən Əqilin oğluyam Müslim adımdır ey cəmaət
Hər qədər canımda can var eylərəm dinə himayət
Mən ətiullahdakı nəfsi-ulul-əmrə səfirəm
Heydəri Kərrar əmimdir məsdəri sədri-imamət
Şöhrətim Seyfi-Bəni-Haşimdi, şərzə şirgirəm
Naibi-xassi imamam, həqqə mənzurimdi xidmət
Cövrü-zülmü-kinədə Ad və Səmuda bənzəyirsiz
Haqdan Haqqa uzaqsız yoxdu sizlərdə dəyanət Ey 
gedib Hindi-cigərxar oğluna tez xar olanlar
Uff olaydı sizlərə yox zərrəcə sizdə şərafət
Namənizin imzaları qurumamış döndüz sözüzdən
Etmisiz dəvə yükü qədərində siz namə kitabət
Tövə bir övrətdi sizdən başdı qeyrətdə şərəfdə
Hərzə övrətdən də kəmtərsiz aya qövmi-zəlalət
Baxmayın siz dönmüsüz Müslim ölər dönməz Hüseyndən


50
Axmasa bir qan Hüseyn üstə o qanda yoxdu qeyrət
Cəng edib əzbəs yoruldu şəhridə sərdari-tənha
Tutdular məkrilə axirdə o sərdari o saat
Gətdilər ibn Ziyadın bəzminə məcruhü-xəstə
Qolları bağlı dayandı vüqarla çox basəlabət
Bir nəfər səslədi təzim və salam eylə əmirə
Ta əmir adın eşitdi çox geran gəldi bu söhbət
Etdi fərmayiş əmirim Fatimə oğlu Hüseyndir
Mən Hüseyndən qeyrinə baş əymərəm yox məndə adət
Vəqfdir başım Hüseynə mən qulamam, o ağamdır Ölsə 
də Müslim qoy ölsün ki, Hüseyn başı səlamət
Mən gələndə Kufəyə hər dərsimi şahım veribdir
Ali-Haşim eyləməz hər bisərü-padən itaət
Təkləyibsiz siz məni yox heyf ola Abbas əmoğlum
Neyleyim ki, olmadı yanımda ol kani-şücaət
Kufədə Abbas olaydı ol zaman məlum olardı
Kim kimin bağlar qolun meydanda ey qövmi- şərarət
Kufəyə gəlsəydi əlan qollarım bağlanmaz idi
Saxlıyanmazdız məni qol bağlı ey əhli-şəqavət
Arizuyi-Müslimi yazdım qələm sözdən söz aldı 
Müslimə ərz eyləsəm bu mətləbi olmaz cəsarət 
Kufəyə Abbas əmoğlunda gəlib amma nə gəlmək 
Bir təbəqdə bir dağılmış baş daxı yox şərhə hacət
Tək sənin qollarını bu çərxi kinə bağlamayıbdır
Zeynəbin də qolları bağlıydı ey kani şəhamət
Bu fələk namərdidi, düz olsa bir əl fori bağlar
Fasiqin amma açıqdır əlləri eylər cinayət Şahidim 
də xeyzərandır qanlı ləblərdən xəbər al
Neçə dəfə qalxıb-endi qopdu məclisdə qiyamət


51
Bilmirəm nə oldı uşaqlar hamısı durdu yerindən
Səsləniblə vurma-vurma saxla əl ey pəstfitrət
Gördü qızlar Zeynəbin hər yerdən ümidi kəsildi
Döndü Abbasə tərəf bir baxdı gözdə əşgi-həsrət 
“Sadiqi” bəzi camaat dandılar Həqqül-yəqini
Pis verub çün dərsini sani, o ustadi-xəbasət
Bir kəsiki əl açıb “həyyə əla xəyrul-əməl”dən
“Əssəlatu xəyru min novmi” azanda qoydu bidət
Tinəti-Ali-Əlidən xəlq olub şiə əzəl gün
Lacərəm tərkib olanmaz heç zaman nurilə zülmət
Bizlər ilə düşmənin hərgiz suyu bir arxa getməz
Düşməni-Zəhra ilə axir nə qardaşlıq, nə vəhdət
Rübai
Kim aşiq olsa əgər fikri-nəngü-nam eyləməz
Əsiri-eşq olu dünyadə əxzi-kam eyləməz
Dedilər ibni Ziyadə gərək salam edəsən
Buyurdu Müslim ölər fasiqə salam eyləməz

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin