Beytul-əhzan naləsi


Həzrət Əmir əl-möminin Əlinin (ə)



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə2/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   2   3   4   5   6   7   8   9   ...   62
beytul-ahzan

Həzrət Əmir əl-möminin Əlinin (ə) 
mədhi
Təfəkkür aləmindəydim oturmuşdum gecə tənha
Qələm götürdüm edəm şəni-Əlidən şəmmeyi-inşa
Dil açdı tutiyi-təbim be eşqi həzrəti mövla
Süruşi-qeybi səsləndi hamı qətrə, Əli dərya
Nida gəldi qulağıma Əli mövla, Əli mövla
Əlidir sadiri-kamil zamanın ibtidasından
Bənzəri gəlməyib, gəlməz vəfasından, ətasından
Əlidir qaziyi-adil qəzavətdə, qəzasında
Əlinin şəni valasın xəbər ay Həl-ətasından
Ürəkdən ya Əli səslən, Əlidən ol mədəd cuya
Dilimi bağlayıb Müshəf, gərnə səxt və bipərva
Deyərdim mən Əli küfvü-Xudadır, etmirəm haşa


8
Nihandır astinində hezaran Musa və İsa Hədisi 
yadıma düşdü, buyurmuş həzrəti Taha
Şəbi-meracidə əshabə, sirri ləylətul-əsra
Yanımda Cəbrail idi, o peyki la yəzal ilə
Soruşdum asimani ikincini, əvvəl xoş məqal ilə
Üçüncü asimanda şad idim şövqü-vüsal ilə
Yetişdim asimani dördə gördüm cəlal ilə Neçə 
min orda məscid var, dəruni Məscidül-Əqsa
O məscidlərdə gördüm hər birində nurdan yüz bab
Əli adı yazılmış üstünə, etdim ki, dəqqul-bab
Əcayib mənzərə gördüm mən orda ya ulul-əlbab
Minlərlə taq hər məsciddə, hər taq içrə bir mehrab
O mehrab içrə yüz minbər, o minbərdə Əli peyda 
Peyəmbər sözüdür, söz yox, edibdir höccəti itmam
Yaratdı bəzi əshabə bu mətləb müxtəsər ibham
Ediblər zəmzəmə, qərq oldu bəhri-fikridə əvham
Təəccüblən dedi Tahaya əshabı ki, bu axşam
Əlinin biz hüzurunda var idik cəm dər yek ca
Sükut etdi Rəsulullah, həbibi-Xaliqi Mənnan
Kəənnəhu qüfl olubdur babi-hikmət, əql olub heyran
Baxıbdır bir-birə əshab Tahaya mat və sərgərdan
Təbəssüm eyləyib Peyğəmbərə ərz eylədi Salman
Əli mənlən oturmuşdu gecə bir guşədə tənha
Vilayət şöləsi od saldı nagəh hər qəlbə, cana


9
Ki, guya od düşübdür şəmdən səhni-şəbistana Biri 
and içdi Mövlaya, biri and içdi Qurana
Əbuzər söylədi olsun qəsəm ayati-Qurana
Əli bizdəydi bu axşam namazi sübhəcək hətta
Olubdur müddəi hər kəs, sözündə eylədi israr
Hamı ərz eylədi mənlən var idi Heydəri Kərrar
Səhabə eylədi bir-bir Rəsula bu sözü təkrar
Eşitdi Fatimə, fərmayiş etdi bu gecə zinhar
Əli evdən kənara çıxmayıb sübhə kimi əsla
Bu söz pəxş oldu, bəzilər dubarə fikri-xam etdi
Dəyibdir bir-birə əshabi-Taha, izdiham etdi
Çoxu məbhut olubdur çoxları əxzi-məram etdi
Yetişdi nagəhan Cəbrəil, Tahaya salam etdi
Dedi ey mehmani-barhgahi-Qüds və Ədna
Gətirdim bu peyamı mən hüzuri-Rəbbül-izzətdən
Qutarsın Həyyi Əla cümlə əshabı heyrətdən
Xuda əmr eləyir, agah olun sirri-vilayətdən
Əli, Öz məhzərimdəydi bütün gecə inayətdən
Mən ilə bahəm idi sübh olunca həzrəti mövla
O mövla ki, göylərdə Xudaya mehman oldu
Alışdı dərgəhi yerdə, alov qalxıb əyan oldu
Vurub Zəhrasını Qonfuz, o mövlaya olan oldu
Qolunu bağladı sani, ürək bir parça qan oldu Çəkillər 
məscidə sarı Əlini, qəşş edib Zəhra


10
O mövla ki, var idi belə izzəti göylərdə
Salıbdır boynuna şalın, çəkillər yerdə bipərdə
Fələk də zümə seyrilə Əlini satdı namərdə
Oyanda ağlayır Zeynəb, bu yanda Fatimə yerdə
Gülür sani, Bətul ağlır, xərab olsun belə dünya
Kiməm tərif edəm mən Heydərin şənu-məqamından
Əlinin şəni roşəndir Xudavəndin kəlamından
Qivami-ərşi əladır, qüudundan, qiyamından
Əgərçi Sadiqi yazdı bu mədhi öz imamından Yazıb 
guya bu mövzunu əzəldə Bu Əli Sina

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin