Beytul-əhzan naləsi


Həzrət Əli Əkbərin (ə) vidalaşması



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə21/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   17   18   19   20   21   22   23   24   ...   62
beytul-ahzan

Həzrət Əli Əkbərin (ə) vidalaşması
Kərbübəla ki, möhnəti-biintihası var
Aşiqlərin yatan yeridi, qəm fəzası var
Köhnə həsir içində şəhi-Kərbəla yatıb
Şeşquşədi məzarı müqəddəs binası var
Bir təll var o yerdə adı Zeynəbiyyədir
Ordan qaçıbdı məqtələ Zeynəb nəvası var
Heç bağiban Hüseyn kimi zinət verənməyib


64
Hər beş qədəmdə laləsi var, bərgi-yası var
Abbas ağa ədəb rəsmiylə cəbhə bağlayıb
Şərməndədi uzaqda yatıb macərası var
Alsan xəbər harda yatıb Əkbəri cəvan
Ərz eylərəm ki, qisməti-payini-pasi var
Əkbər nə Əkbər heç bir oğul bənzəməz ona
Məhşərdi gözləri rüxi-Taha nəması var
Bir xalı var Mədinədə Süğranı yandırıb
Daim xəyali xal ilə sübhu məsası var
Hurilərin giləsidi Əkbər üzərliyi
Qamət demə qiyaməti-Leyla həvası var
Yusuf zəni-əzizə qulam oldu Misirdə
Bu Fatimə əzizidi, Zəhra anası var
Yusuf ona qulam idi, bu Zeynəbə qulam Zeynəb 
kimi bir əmməsi var, dilrübası var
Qardaşların məzəmmət edib Yusuf nəbi
Bu qardaşın əlindən öpür xoş ədası var
Əkbər gəlibdi Zeynül-ibadi görüb gedə
Bimar idi müqəddər olub ibtilası var


65
Səsləndi yatma aç gözlərini mən yol üstəyəm
Şayəd gələnmədim fələkin çox cəfası var
Naxoşsan ağlama sənə qurban olum özüm
Hikmət bu idi səbr elə səbrin cəzası var
Salim qayıtmasam məni qardaş halal elə
Görsün yaralı cismimi qanlı Abbası var
Bir də sözüm budur sənə getsən Mədiniyə
Süğraya de ki, Əkbərinin çox duası var
Toy xələtin qiyamətə qaldı gözləmə
Toy olmadı başın sağ olsa qan hənası var
Qardaş səsin alanda o fəxri sacidin
Açdı gözün yanında görüb məhliqası var
Bir baxdı Əkbərə o zaman açdı qolların
Qardaşlıq aləmi belədir çox səfası var
Hey dəmbedəm öpüşdü onlar, Zeynəb ağladı 
Qızlar mələşdi xeymədə şövqü bükası var 
Səccad ağa tutulmuşdu şövqü-vəslidən
Əkbər danışdırıbdı onu ahü-vası var
Səsləndi ki, qədəmlərinə gözlərim fəda
Bu gülməyin özün bilirsən çox bəhası var


66
Tutdu üzün Hüseynə o dəm miri-abidin Faş 
eləsin babasına bir iltiması var
Ərz eylədi icazə buyur bir bəda ola
Qoy mən gedim cihadə əgər iqtizası var
Mən Əkbərin yerinə gedim doğranım baba
Gəlsin mənə bu Əkbərimin hər qadası var
Qəddin əyər oğul dağı Leyla düşər çölə
Əkbər toy etməyib gözü yaşlı anası var
Ayrıldılar məşəqqətilə əlqərəz onlar
Yaxşı bilər o kəs ki, vəfalı əxası var
Bir nəhvilə Əlini Hüseyn rəhsipar edib
Kim əl çəkər gedə belə rəna balası var
Heç bir şəhidi təllə kimin şah gətirməyib
İlla gətirdi Əkbəri Allah rizası var

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin