Həzrət Əlinin (ə) şəhadəti
Sinəzəni və cuşi
Məzlumi-aləm Əli, məcruhü-xəstə
Can verir məzlumanə, qəlbi-şikəstə
Zeynəbi nalan, eyləyir əfğan
Ya Zəhra, ya Zəhra, ya Zəhra, ya Zəhra
Axşam çağı mövlanın qəlbi darıxdı
Dərin nəfəs çəkdi, qəm əflakə çıxdı
Yumdu gözün, Zeynəbin evin yıxdı Can
verir mövla – həmsəri Zəhra
Ya Zəhra, ya Zəhra, ya Zəhra, ya Zəhra
Küfrün yolun İslama bağlayan öldü
İyirmi beş il sinəsin dağlayan öldü
Nəxlistanda nimə şəb ağlayan öldü
Başda yarəsi – qəm aşinasi
11
Ya Zəhra, ya Zəhra, ya Zəhra, ya Zəhra
Dövrələyib qonaqlar Zəhra qonağın
Biri əlndən öpür, diri dodağın
Abbas ayaq tərəfdə öpür ayağın
Yandırır yaxır – göz yaşı axır
Ya Zəhra, ya Zəhra, ya Zəhra, ya Zəhra
Düşdü gözü Abbasa, halı dolandı
Söylüb: Hüseyn dərk et Abbası amandı
Qardaşlıqda Abbasın dərsi rəvandı
Yaxşı qardaşdı – qardaşdan başdı
Ya Zəhra, ya Zəhra, ya Zəhra, ya Zəhra
Səsləndi gəl yanıma ala göz balam
Çox ağlama qeyrətli, şirin söz balam
Sil gözlərin ədəbli, nazlı öz balam
Yandırıb yaxma – həsrətlə baxma
Ya Zəhra, ya Zəhra, ya Zəhra, ya Zəhra
Həzrət Zəhra (s.ə)
Tanıyanmaz məgər Xudayi-həkim Nəfsi-qiddisi
və razi Zəhranı
Çəkib on səkkiz il Rəsuli-əmin
Tuli-besətdə nazi-Zəhranı
Xanımın adı zikr olan yerdə
12
Göylər və yerlər gələr vəcdə
Bilərik ki, bizə deyil mümkün
Elə bir izzü-şökətü-məcdə
Dəstə-dəstə mələk salam eylər
Fatimə eyləyən zaman səcdə
Qədr gecəsi eylədi Xudayi-kərim
Bizə zülfü diraz Zəhranı
Onda ki, cəhənnəm şərarindən
Bu xəlayiq çəkəllər va ənfüsa
Necə quş danəni seçər qumdan
Şiəni həşridə edəllər cüda
Fatimə barmağın kimə tutsa
Əhli cənnətdi, yox kəlamına la
Sinədə əl mələk dalı çəkilər
Görsə əldə cəvazi-Zəhranı
Bu mənim şəxsən öz əqidəmdir
Varam üstündə üstüvaru mətin
Ayeyi “illəl-məvəddətə fil-qurba”da
Verib Allah, Peyəmbərin əcrin
Buyurub ücrət risalətinə
Darıxanda öpə Bətulun əlin
Düşünər burda yəqilun əhli
İxtisarən fərazi-Zəhranı
Fatimə cilveyi-cəmali-Allah
Məşriqi ən-nuru Rəbbul-aləmdi
Yolunun tozun çəkər mələklər gözə
13
Tutiyayi du çeşmi Məryəmdi
Atası Xətmul-ənbiyadı əgər
Bu da eşqi-Əlidə xatəmdi
Şahidim şölə qızdıran mismar
Oxu suzü-qüdazi Zəhranı
Bu xanım düşdü bir çətin dərdə
Olmadı ta ölüncə dərmanı
Təng olubdur məaşı zülm ilə
Dandı həqqi müsəlləmin sani
Gül kimi doldu günbəgün balalar
Ağladı cani-xilqətin canı
Gecə-gündüz həmişə peydərpey
Etdi qəm pişvaz Zəhranı
Lacərəm Fatimə edib iqdam
Düşdü ehqaqi-həqdə fikrə
Fədəkin əlqərəz alıb sənədin
Haqqı isbat edib Əbu Bəkrə
Həsənlə gəlirdi öz evinə
Kuçədə tuş olub əbul-məkrə
Sanini görcəyin atıb rəngi
Fikr elə ehtirazi-Zəhranı
Oldu bir keşməkeş həmən kuçədə
Müxtəsər mən deyim ki, söz çoxdu
Əlini qozadı göyə sani
Bir cəsarət edib ürəyə oxdu
Gördü xanəneşin olubdu Əli
14
Xanımı vursa da dinən yoxdu
Demədi dəfələrlə Rəsuli-əmin
Tapşırıb imtiyazi-Zəhranı
Əli qalxdı həvayə sürətilən
Bərqtək gül cəmalına endi
Fatimə kuçədə yıxıldı yerə Nagəhan əsdi bəndidən bəndi
Xanımın sədmə dəydi bir gözünə
Ayın üstündə ləkkə görsəndi
Həsənə söylədi ki, tut əlimi
Bala dərk et niyazi-Zəhranı
Heydərin bağlamışdı əllərini
Onda Peyğəmbər ayrılan vəxtdə
Harda qalmışdı şiri Məkkə o gün
Gələ məzun olan həmən vəxtdə
Kaş olaydı o kuçədə Həmzə
Sani Zəhraya əl açan vəxtdə
Səslənərdi Əli adamsızdı
Gör əmi suzu-sazi-Zəhranı
Sili əldən salıbdı Fatiməni
Xanıma kuçədə olan oldu
Bala möhkəm qucaqladı anasın
Kuçə əmmən yucib ilən doldu
Olmadı bir nəfər hərayə gələn
Gül kimi üzləri o dəm soldu
Ağladı hamilani-ərşi-Xuda
Gördü suzu-qudazi-Zəhranı
15
Ağa, ya Sahibəz-Zaman əfv et
Gər sözüm qəlbinə mühən gətdi
Ananın möhnətin özün bilisən
Nələr ol qəmli kuçədən gətdi
Özü getmişdi öz ayağıyla
Qayıdanda vəli Həsən gətdi
Mürtəzadan başqa bilən yoxdu
Rəmzu-razi-nəmazi-Zəhranı
Dostları ilə paylaş: |