16
Nəqş olub
göylərdə ya Fatimə movlati
Mehrabidə, minbərdə ya Fatimə movlati
Səsləllər mələklər də ya Fatimə movlati
Movla dedi Xeybərdə ya Fatimə movlati
Götürdü qapını Heydər ya Fatimətəz-Zəhra
Sən ayeyi-təthirdə misdaqi müsəvvərsən
Yox-yox məni əfv eylə, ondan da mütəhhərsən
Sən qüdrəti-bazuyi-cəngavəri Heydərsən
İnsaf
eləsə hər kim, sən fatehi Xeybərsən
Sən verdin ona ləngər ya Fatimətəz-Zəhra
De münkiri-Zəhraya, lənət sənə şamildi
Həccin də, namazın da Fatiməsiz batildi
Tut daməni-Zəhradan, həllali-məşakildi
Həm Ümmü Əbihadı, həm ümmü fəzaildi
Kim
Fatiməyə bənzər, ya Fatimətəz-Zəhra
Mahi-ələvi nagəh nəhr üstə batan vəxtdə
Abbas ələmi birdən meydanda yatan vəxtdə
Peykan gözünün üstə yəni oturan vəxtdə
Qeyrətli Əli oğlu atdan yıxılan vəxtdə
Səslərdi uzun əllər, ya Fatimətəz-Zəhra
Susuz dodaqla Əsğər meydana gələn saət
Üç şöbə oxu
düşmən qeyzilə çəkən saət
Nazik boğaza peykan şiddətlə dəyən saət
17
Şeşmahə o peykanı meydanda əmən saət
Səsləndi Əli Əsğər, ya Fatimətəz-Zəhra
Fərman yetişib xeymə zülmilə yatan
gündə
Qəmçi gücünə qızlar bir-bir soyulan gündə
Bəzi Nəcəfə sarı göz yaşlı qaçan gündə Vəhşətdən
özün xəndək, ya nəhrə atan gündə
Eylərdi səda yeksər ya Fatimətəz-Zəhra
Qəlb dağlı Rüqəyyən də Şamata gedən axşam
Nagəh dəvənin üstən toprağa düşən axşam
Əhvalına ahular çöldə mələşən axşam
Ol qorxulu səhrada vəhşətlə gəzən axşam Səslərdi
həmin doxtər ya Fatimətəz-Zəhra
Bir naqə minər Zəhra,
məhşər olar nurani
Yaqut və zəbərcəddən dırnaqları, müjqanı
Həm zahiri peydadır, həm batini pünhanı
Bir nur mücəssəmdir, həml eləyər Zəhranı
Cibrili-əmin çakir, ya Fatimətəz-Zəhra
Ol naqənin üstündə səslər Həqqi Subhanı Başında
qara məcər, zülfündə oğul qanı
Bir qanə batan köynək, söylər ki, Hüseyn hanı
Gözlər dolanar nagah, görsünlər o movlanı
Məhşərdə qopar məhşər ya Fatimətəz-Zəhra
Aləm görəcək ol dəm tufan kimi göz yaşın
Şəh qoydu qədəm həşrə, ağlatdı dağın, daşın
18
Yoxdur başı peykərdə, almış ələ öz başın
Sürətlə qaçır Zeynəb didar edə qardaşın
Başında qara məcər, ya Fatimətəz-Zəhra
Eşq atəşinə poşti-dərgahidə yandın sən
Divara sıxılmışdın, qüdrətlə dayandın sən Əvvəldə
ölüb Möhsin, al qana boyandın sən
Mismar öz işin gördü, nagah yaralandın sən
Mismar idi, ya xəncər, ya Fatimətəz-Zəhra
Hər gün saralıb soldun, soldu gülü-Peyğəmbər
Şiddətlə məriz oldun, evdə salınıb bəstər
Bir gün nigəran gəldi qəm mənzilinə Heydər
Baxdı üzünə həsrət,
gördü yumulub gözlər
Səsləndi o dəm Heydər, ya Fatimətəz-Zəhra
Səndən sonra fikr etmə aydın günüzüm qaldı
Ya qüssəli qəlbimdə əssaə dözüm qaldı
Dindir məni, can səslə, ağzımda sözüm qaldı
Zəhra yumulan gözdə vəllahi gözüm qaldı
Qoyma yumula gözlər ya Fatimətəz-Zəhra Qəlbim başına
indi hicr atəşini vurma
Sərhəddi fəraq üstə israr eləyib durma
Bari mənə rəhm eylə bu riştəni gəl qırma
Yəsribdə təkəm Zəhra, getmə məni sındırma
Noldu o keçən günlər, ya Fatimətəz-Zəhra