164
Tökülür göz yaşı rüxsarinə nəm-nəm yaralı
Gül boğazında Hüseynim elə yerdən öpərəm
Nə atam,
nə anam öpdü, nə də Xatəm yaralı
Xeymələrdən ki, dünən əzm elədin ayrılasan
Can yığışdı sinəmə mən dedim ölləm yaralı
Əl qoyub sinəmə etdin məni yol üstə dua
Tazə can gəldi mənim canımə kəm-kəm yaralı
Kim kəsibdi o
şəfabəxş əlini məqtəldə
Mən dünəndən bətərəm bəs hanı mərhəm yaralı
Zeynəbin şənü-vüqarı sən idin əvvəldən
Nə yatıbsan quru yerdə bu nə aləm yaralı
Mən görəndə kürəyin üstə yıxılmışdın Hüseyn
Necə düşdün üzün üstə şəhi-əzəm yaralı
Baxıram qəlbdəki ox yarənə göynür ürəyim
Ürəyim yarənə qurban ola hərdəm yaralı
Kaş öləydi bu çuxur yerdə bacın Zeynəb də
Dəfn edeydi o əşayir bizi bahəm yaralı
Baxma çarəm kəsilibdi gözü yaşlı gedirəm
Doymadım səndən Hüseyn ey qəmi müdğəm yaralı