Beytul-əhzan naləsi


Həzrət Zəhranın (s.ə) şəhadəti



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə5/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   2   3   4   5   6   7   8   9   ...   62
beytul-ahzan

Həzrət Zəhranın (s.ə) şəhadəti
Aləm gəlibdi naləyə, bəhrü-bərr ağlaşar
Xuldi-bərrin, ərşi-Həqqi Davər ağlaşar
Fərmani-təziyət yetişibdir aləmlərə
Dərya, mövc, mehr, meh və əxtər ağlaşar
Zəhranı dəfn ediblər gecəylən Bəqidə
Mikayil və Cəbrəil peyamavər ağlaşar
Fatiməyə əza sahibidir Həyyi ləm yəzəl
Lovh, Kitab, vəl-qələm, dəftər ağlaşar Əza 
vaxtıdı, nalə gəlir ərşü-fərşdən
Qütb, mədar, dairə və mehvər ağlaşar
Sübhün zamanı qönçə qəribanı çak edər
Ya ləl-əcəb nolubdu məgər güllər ağlaşar
Alsa xəbər bu sirri biri bağbanidən
İllət nədir ki, zənbəq və nilufər ağlaşar
Lalə niyə məlalə batıb, sərbezir olub
Aya nə var ki, qönçə və bərgi-tər ağlaşar
Söylər qürub vaxtı Əlinin gülü solub
Gülzar, bağiban, nəhal və bərr ağlaşar
Bir gül solub ki, ətri keçib qabi-qövsidən
Səf-səf məlaikani-zümürrüdpər ağlaşar
Bir gül solub ki, sinəsi Sinanı yandırıb Tur, 
Kəlim və nuri-muşəşəfər ağlaşar
Bir gül solub vilayətin ərkanı titrəşir
Ruhi-mücərrəd, ərəz və covhər ağlaşar
Tahaya ənbiya yığışıb təsliyət verir
Quran, Qədr və sineyi-Peyğəmbər ağlaşar 
Başdan açıb əmmamə, imamət verir başa


20
Ləngər sınıbdı, kəştiyi-biləngər ağlaşar
Hammı gedib, Bəqidə tək ağlır Əli
Qəlbində dağına Fədək və Xeybər ağlaşar
Gizlin məzarə fatehi-Xeybər dəxil olub
Guya vurublar sinəsinə xəncər ağlaşar
Ehsasi dərdü-suzeş edir məğzi-ostuxan Tənha 
nə gözləri, başabaş peykər ağlaşar
İstir durub ayağa gedə, dizləri əsir
Yerdən duranmır, neyləsin dizlər ağlaşar
Dildən düşəndə başlayıb əmmən yucib oxur
Mövla Əli nəvasına nöh keşvər ağlaşar
Eyb etməyin desəm ucalıb nalə qəbridən
Qəbr, hənut, Fatimə və bəstər ağlaşar Gəh 
öz-özüylə söhbət edir, ağlayır bir az
Gəh dindirir Bətulu, qəlb və dilbər ağlaşar
Peyğəmbərin baharına sən qanlı laləsən
Sinəndə daği-eşqə yaran bənzər ağlaşar
Olsun qəsəm bu qəbrə ölüm axtarır Əli
Düşmür ələ gözümdəki əşgi-tər ağlaşar
Həqqim ölümdü, ölməmişəm zindəyəm hələ
Sən qıl dua Əli də ölə teztər ağlaşar Qurana 
hər baxanda gözüm Kosərə düşür
Ayati-Nur,Vaqiə və Kosər ağlaşar
Hər karvan yolu düşə şəhri-Mədinədən
Boynunda zəngi-naqə və məhmillər ağlaşar
Qurban olum qünutuna, “əccil vəfati”na
Məqbul olan duaya evim yeksər ağlaşar
Peyğəmbərə denən məni Qonfuz vuran zaman
Gördüm ki, Zülfəqar, qapı və Heydər ağlaşar


21
Sən hayil olduğun qapını etmərəm əvəz
Orda müdafeim yıxılıb, səngər ağlaşar
Qan ilə yazmısan qapıda “yaşasın Əli”
İsarına ürəkdə qalan əxyər ağlar Ta 
əşhədu ənnə Əliyyən vəli deyər
Mehrab, məscid, hərəm və minbər ağlaşar
Qəbrimdə də o sili yeri ağladar məni
Hər ləhzə yara tazələnər neştər ağlaşar
Ruhum küsüb, mədinəlilərdən gileyliyəm
Əhvalıma sipehr, mehi-ənvər ağlaşar
Aya uşaqlara necə tapşırmısan məni
Qoymur biri gözündən olam peyi-dər ağlaşar
Tez-tez baxır yatan yerə nazlı qızların
Səslir cavan məzarə gedən madər, ağlaşar
Amma Həsən elə tutulub dindirənmirəm
Pozğundu halı, halına bəhrü-bərr ağlaşar
Məhşərdə izin alıb açaram köhnə dağını 
Onda görəllər iş pozulub məhşər ağlaşar Yaz, 
ağla Sadiqi nə qədər ömr edə vəfa
Bax dəftərə qələm pozulub, dəftər ağlaşar

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin