Beytul-əhzan naləsi



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə56/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   52   53   54   55   56   57   58   59   ...   62
beytul-ahzan

Həzrət Zeynəb (ə)
(Sinəzəni)
Axşam çağı qürbətdə heyhat heyhat
Can verdi məzlumanə əmmeyi-sadat
Başə qəm gəldi Zeynəb dincəldi
Ya Zeynəb, ya Zeynəb, ya Zeynəb, ya Zeynəb
Əcəl təri alnına bir-bir düzüldü
Ellərindən qürbətdə əli üzüldü
Yorğun gözlər axınıb birdən süzüldü
Sağ-sola baxdı, göz yaşı axdı
Ya Zeynəb, ya Zeynəb, ya Zeynəb, ya Zeynəb
Zeynül-ibad ağlayıb dilbərin öpdü
Yuxulamayan Zeynəbin gözlərin öpdü
Əmməsinin göyərən əllərin öpdü
Başladı əfğan, Səccadi-nalan
Ya Zeynəb, ya Zeynəb, ya Zeynəb, ya Zeynəb 
Lay-lay vəfanı başdan atmayan əmmə Qardaş 
qəmin heç qəmə qatmayan əmmə
Viranədə sübhədək yatmayan əmmə
Vəfalı əmmə, həyalı əmmə
Ya Zeynəb, ya Zeynəb, ya Zeynəb, ya Zeynəb


214
Nədən belə məni yandırıb yaxırsan
Yavaş-yavaş ulduzlar məsəli axırsan
Kimi gözlürsən belə yola baxırsan
Yandırıb yaxma, yollara baxma
Ya Zeynəb, ya Zeynəb, ya Zeynəb, ya Zeynəb
Fikr eləmə ellərin gözdən atıbdır
Göz yaşını qürbətdə qanə qatıbdır
Qardaşların topraqlar altında yatıbdır
Dərdü-qəmin çox, Şamə gələn yox
Ya Zeynəb, ya Zeynəb, ya Zeynəb, ya Zeynəb
Həzrət Ümmül-Bənin (s.ə)
Aləm tapar səfa bayram axşamı
Qəlbə yetər sürurü-cəla bayram axşamı
Qüdrət əli dübarə ərusi-təbiəti
Xoş tərzilə bəzər fəliza bayram axşamı
Fəsli-bəharı dərk edə bülbül də nəzr edər
Güldən gülə qona oxuya bayram axşamı
Mərsumdur ata balanın fikrinə qalar Tazə 
libas alar uşağa bayram axşamı Hər bir 
ana ki, neçə rəşid oğlu var onun
Gözlər oğul gələ yanına bayram axşamı


215
Bir madər ki, oğlu ölüb qəlbi dağlanıb
Tazələnər dilində yarə bayram axşamı
Bayram olanda ağlar iki tayfa belə Gəlməz 
qəmi sana, əbəda bayram axşamı
Bir binəva yətimidi, bir dağ görən ana
Gülməz onlar, geyllər qarə bayram axşamı
Qəmnak olar yətim uşağın xəstə gözləri
Bənzər həmişə tutqun aya bayram axşamı
Kim baxsa həsrətilə gözündən tanır onu
Xoş dindirir qəmi dağıla bayram axşamı
Heç kəs yanında almaz uşağın qucağına
Qorxar yətim nisgil ola bayram axşamı
Kim başına çəkəndə əlin ağlamaq tutar
Dərdin deməz vəli çoxuna bayram axşamı
Bir də o binəva anadır göz tikər yola
Bəlkə gələ dübarə bala bayram axşamı
Bir kimsiyə deməz vəli xəlvət yer axtarar
Ta boş otaqda başın aça bayram axşamı
Başlar bir oxşama ürəyin hey ovuşdurar
Əşgin tökər üzarə ana bayram axşamı


216
Bir səs gələndə fori durub gözlərin silər
Güya ki, ağlamır əbəda bayram axşamı
Görüşünə gələndə biri qəlbi odlanar
Səy eləməz qabağa çıxa bayram axşamı
Bainki oğluna görəsən bir il ağlayıb
Doymaz tutar dübarə əza bayram axşamı
Heç kimsə bayram etmədi Ümmül-Bənin kimi
Başdan-başa geyibdi qarə bayram axşamı
Bir qanlı pərçəmi hey öpür bağrına basır
Abbasına edirdi nəva bayram axşamı
Qurban ola uzun qoluna ölməyən nənən
Mən ağlaram sınan başına bayram axşamı
Başım ucatsan evin abad ola oğul
Qıllam səni həmişə dua bayram axşamı
Atdan düşən zamanda üzün üstə düşmüsən
Mən qoymaram xına başıma bayram axşamı
Gəldi qərəz ərəb qapıya dəqqi-bab edib
Yandırdı aləmi o səda bayram axşamı
Ümmül-Bənin rəvanə edib öz kənizini
Gör kim dəxil olubdu bura bayram axşamı


217
Gəldi qayıtdı sürət ilə bavəfa kəniz
Ağlardı şiddət ilə bəsa bayram axşamı
Ərz etdi bir ərəbdi ki, bayramlıq istəyir Hər 
il kimi gəlib qapıya bayram axşamı
Abbas anasıdır demə ki, boş yola salar
Yığdı bir az libas-təla bayram axşamı
Dəsmala bağladı onu verdi kənizinə
Fərmayiş elədi ver ona bayram axşamı
Söylə ərəb az olsa da bu il güzəşt elə
Məzur tut, sən elə dua bayram axşamı
Getdi kəniz versin onu almadı ərəb
Bir söz dedi o əhli-vəfa bayram axşamı
Ərz elədi hər il bu zaman gəlmişəm bura
Ehsan edibdi şəxsən ağa bayram axşamı
Bayramlığı ağam öz əlilə verib mənə
Sən get, özü gələ qapıya bayram axşamı
Bayramdı istirəm o kərəm əllərin öpəm
Qəlbim tapa dübarə səfa bayram axşamı
Fizzə dözənmədi ucadan ağlayıb dedi
Vurma daxi bu qəlbə yara bayram axşamı


218
O əlləri kəsiblər, ərəb pozma halımı
Tutma adın bu noyi uca bayram axşamı
Xırda balası var onu yandırma bu qədər
Dözmür o tifli-məhləqa bayram axşamı Abbas adı 
gələndə uşaq öldürür özün
Tez get dayanma bu qapıda bayram axşamı
Dərk eləyib ərəb bu sözü, vurdu başına
Səsləndi heyf ola o qola bayram axşamı

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin