29
Matəmində anazın əşki üzə bağlamayın Bilisiz
müşgülümüz var ucadan ağlamayın
Əmri-movlaya gecə hammı itaət elədi
Ayrı tərz ilə bu dəsturu riayət elədi
Ağa Yəbnəl Həsən! həll eylə ürək niskilini
Qoy deyim dörd uşağın evdə olan müşkülünü
Ağlayanda balalar ağzına qoydu əlini
Demirəm başlarını möhnət ilə açmadılar
Evlərində ucadan səs çəkib ağlaşmadılar
Ravi Salmandı deyir,
keçmişdi çox gecədən
Evdə məşğuli-nəmazi-şəbidim qərqi-mühən
O gecə çox nigəran idim elə Fatimədən
Qapı ahistə döyüldü, ürəyim diskindi
Dedim Allah görəsən xeyir ola kimdir indi
Hücrəni tərk elədim dildə bəsi şurü-nəva
Nigəran çıxdım otaqdan görəsən kimdi, Xuda
Xəbər aldım gecənin aləmi kimsən qapıda Fori
bildim o
zaman nuri-Xuda cilvəsidir
Səslərindən tanıdım ki, Həsəneynin səsidir
Dedi ahistə: əmu aç qapını mən Həsənəm Bir
sözüm var sən üçün qərqi-bəla və mühənəm
Gəlisən gəl daxi, təxir eləmə öldü anam
Qapını açdım özüm mən gecənin qəmli çağı
Gül kimi gördüm əsirdi oların dil-dodağı
30
Əlqərəz başladı qüslü gecənin vəxti Əli
Xanımın dəydi o sınmış qoluna birdən əli
Ağladı bir tazə müşkül yenə üz verdi vəli
Kaş göz yaşın üzə bağlamayaydı
o gecə
Saxlayaydı özünü ağlamayaydı o gecə
Nə qədər eşqi var imiş oların bir-birinə
Fatimə dözmədi bir verdi təkan peykərinə
Yaranın başı açıldı, qan axıb su yerinə
Qan ilə su qarışıbdır elədi qüslü çətin
Guya endi o saətdə ora Ruhul-əmin
Dedi: Zəhranı sənintək tanıyan olmayacaq
Bu məhəbbət qanıdır,
cuşə gəlib durmayacaq
Nə qədər ağlayasan sən, o qədər qan axacaq
Ağlama, göz yaşın axdıqca yara qan verir
Tazədən bəs deyəsən Fatiməni can verir
Hey töküb su, yaranın qanını sildi o gecə
Nə çəkib Heydər, Allah Özü bildi o gecə
Geydirincə kəfənin öldü-dirildi o gecə
Qüslü qurtardı
Əli dərdü-qəmə tuş oldu
Yaralı Fatimə əlqissə, kəfənpuş oldu
Bağiban səslədi bülbülləri gülzarə gəlin Anazı
bir də görün söhbətə, qoftarə gəlin Dolanın
başına bu axır didarə gəlin
Elə bir məhşər olub aləmi-məna doldu
Qoşulub Zeynəbə öz zülfünü hura yoldu
31
Səs veribdir balalar qəmli Əlinin səsinə
Yığışıblar dili-şəbdə ananın dörəsinə
Hamıdan əvvəl Hüseyn saldı özün sinəsinə
Ərz edibdir anacan, qəlbimi doldurdu məlal
Sağlığıntək
məni bir dəfə də ağuşuna al
Mürtəza and içir Allaha, nə gördüm o
zaman
Kəfənin bəndi açıldı ucalıb ahü-fəğan
Fatimə qolların açdı, özünə verdi təkan
Aldı ağuşə balasın o gülü əfsürdə Zəccə
çəkdi mələkut əhli gəlibdir dərdə
Səhni-mənzildə olar qol-boyun olmuşdu ələn
Ucalıb nalə Hüseyn ilə xanım Fatimədən
Səs gəlib ya Əli forən balanı
al anadan
Ərşiyan halını əssaə dolandırdı onlar
Gecənin aləmi aləmləri yandırdı onlar
Dostları ilə paylaş: