Beytul-əhzan naləsi



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə1/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
  1   2   3   4   5   6   7   8   9   ...   62
beytul-ahzan



1
Beytül-əhzan 
naləsi 
Hacı Davud Sadiqi Təbrizi 
  


2
 
  
  
  
  
  
  
  
  
  
  
Kitаbın аdı:.................Beytül-əhzan naləsi 
Müəllif:............Hacı Davud Sadiqi Təbrizi 
Nəşr еdən:.....................................Şəhriyar 
Çаp tаriхi:............................................2017 
Çаp növbəsi:.....................................Birinci 
Tirаj:....................................................3000


3
Bismillahir-rəhmanir-rəhim
Ya Hüseyn (ə)
Lütfün olsa ya Hüseyn dərdi-dil ağaz eylərəm
Aşiqanə gəlmişəm dərgahına raz eylərəm Sən 
mənə nokər desən, mən şahlara naz eylərəm 
Etibarımsan, şüarımsan, vüqarımsan Hüseyn.
Həzrət Əli (ə)
Bürci-elmü-əmələ mahi-dirəxşandı Əli
Ruhi-İncil və Sühuf, batini-Qurandı Əli
Müshəfi-natiqi-Həqq, cohəri-imandı Əli
Valiyi-mülki-şəriətdi, vilayət varıdı
Xaliqindən iki aləmdə niyabət varıdı
Yığalar bir yerə gər fatehi-əqmarları
Sürəti nura çata sürəti-əfkarları
Münhəsir fəzli-Əlidən ola qoftarları
Behər təhqiq yüz il vəxt edələr bəzli-Əli
Qülleyi-fəzlinə çatmaz birinin hərgiz əli
O məsihi üzə cari elədi gözdən yaş
Öz kitabında yazıb bu sözü alim belə faş
Hər yüz ildə bu cahana bir Əli gəlsin kaş
Zəngi-küfrü çoxu qəlbdən əbədən silmədilər


4
Əllərindəydi Əli, qədrini heç bilmədilər Mərkəzi-ədlidi ol 
şiri-Xuda məhkəməsi Bər xilafi həqq ucalmazdı onun 
soti-səsi
Hansı qaziydi Əlitək eləyə dadrəsi
Rəyin Allaha görə həqqə tərəf verdi Əli
Ədl ilə hökm elədi ədlə şərəf verdi Əli
Kimdi mövla kimi insanları təlim elədi
Südü meyl etmədi tək nəfsinə təhrim elədi
İbni Mülcəm kimi namərd ilə təqsim elədi Aləmi, 
adəmi şayistədi heyran eləsin
Kimdi öz qatilinə bir belə ehsan eləsin
Mürtəzanın halı ayrı siyaq idi o gecə
Sübhədək yatmamışdı, oyaq idi o gecə
Qızı Gülsümə babası qonaq idi o gecə
O gecə ayrı gecəydi, ürəyin dağlardı Göydə 
ulduzlara baxdıqca Əli ağlardı
Dedi: Gülsüm yanan qəlbimi incitmə baba
Belə qəlbim darıxır, sən məni tərk etmə baba
Nigəranam bu gecə məscidə gəl, getmə baba
Dedi Gülsümə qızım, mən sizi tərk etməliyəm
Vədeyi-vəsl yetib, ağlama mən getməliyəm
Məscidə gəldi Əli, hazır olub əhli-niyaz
İqtida eylədilər həzrətə başlandı namaz
Fürsəti saldı Muradi ələ ol səflə nəvaz
Müztəribdir ələni fikr eləmir əncamə


5
Xirməni-əqlinə od salmışdı Qüttamə
Qozayıb tiğeyi-şəmşiri o namərdi-dəğa Yumdu 
cənnətdə gözün Fatimə başlandı nəva
Endi şəmşir, boyandı qana şiri-Xuda
Hay-hu qopdu, namazın kəsilib zəmzəməsi
Ucalıb Heydəri Kərrarın o dəm fuztu səsi
Yetiribdir başı üstə Həsəneyn özlərini
Sildilər yarəli şirin o gözəl gözlərini
Mənzilə gəlsə edər faş ürək sözlərini
Qoydular parə kilimə şəhi-Xeybərşikəni
Gətdilər öz evinə peykəri şahi-zəməni
Saldılar bəstərinə evdə o dəm mövlanı
Yarə səngin idi, durmurdu müqəddəs qanı Əlləri 
yarənin üstə çağırır Zəhranı
Saldı dildən məni yarə, ürəyim çox sıxılıb
Fatimə harda qalıbsan, gəl əmoğlun yıxılıb
Fatimə, sən mənə xatir ürəyin dağlamısan
Gecələr sübhə kimi məndən ötür ağlamısan
Cənglərdən qayıdanda yaramı bağlamısan
Hardasan Fatimə, gəlsən sənə çox vardı sözüm
Dözmüşəm indiyədək yoxdu daxi məndə dözüm
Dedi Zeynəb: babacan olmadı dərman yarana
İzin ver mərhəm edim göz yaşı əlan yarana
Anasız Zeynəbin olsun baba qurban yarana


6
Bisəbəb əşgimi xuni-dilimə qatmamısan
Bu gecə var xəbərim sübhə kimi yatmamısan
Yarəli gəldi Əli, gəldi bu mətləb qabağa
Çıxdı evdən hamı giryan və müəzzəb qabağa 
Dövrə naməhrəm idi, çıxmadı Zeynəb 
qabağa Kərbəlada vəli bu Zeynəb idi, əhli 
əza
Əlləri başda qaçırdı o qədər düşmən ara
Ravi nəql eylir: təll üstə nə gördüm o zaman
Ucaboy bir xanımı başda əli, qəlbdə fəğan
Gəh qaçır, gəh yıxılır, göz yaşı rüxsarə rəvan
Vardı ləşgərdə necə həmhəmə də baxmırdı
Ya Hüseyn səslir, naməhrəmə də baxmırdı
Dedi qardaş yenə də səbr evini yıxmamışam
Kufədə Heydərə xatir belə qəlb sıxmamışam
Mürtəza yarələnəndə qabağa çıxmamışam
Xeymədən indi Hüseyn, məqtələ birbaş gəlirəm 
Baxmıram dövrədə naməhrəmə qardaş gəlirəm
Nəql edir ravi: qərəz çatdı Hüseyn qardaşına
İzin verdi o zaman qanə dönən göz yaşına
Sinəsi üstə görüb Şimri, əl atdı başına
Dedi qoyma ayağın mərifət ayinəsinə
Çəkməli çıxma Hüseynin yaralı sinəsinə
Dözə bilməz bacıdı, gül kimi birdən soldu
Tərzi dəva əvəz oldu, qəlbinə qan doldu


7
Gördülər Zeynəb özü Şimrilə dərgir oldu
Şimr istir kəsə qeyzilə Hüseynin başını
Zeynəb əl çəkmir ondan, qutara qardaşını
Üzülüb çarəsi Zeynəb xanımın hər yerdən
Xəncərə atdı əlin çəkdi Hüseyn vay birdən
Qəbzəsi Şimrin əlində, bu tutub xəncərdən
Keşməkeş tul tapıb, mahəsəli dərk et özün
Bilmirəm noldu o saətdə Hüseyn açdı gözün

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin