55
Sən mənə nokər desən, mən şahlara naz eylərəm
Tut əlimdən sərfəraz eylə giriftarəm ağa
Qayəti-amali-eşqü-arizusan sən mənə
Qul huvəllahu əhəddə şərhi-husən sən mənə
Abirudan düşmüşəm mən, abirusan sən mənə
Abiru ver abirundan mənə zarəm ağa
Mən səni verrəm qəsəm şaha cavan qardaşına
Rəhmətindən həlqə vurmış gözdəki göz yaşına
Əkbərə xatir ağa Hürrü dolandır başına
Yox demə sən bil balan canı xətakarəm ağa
Acizanə bir sözüm vardır sənə ey xoş xisal
Eylə bu biçarəni lütfilə məşmuli-nəval
Xırda qızlardan mənə şaha özün halallıq al
Keçməsə qızlar əgər möstocibi-narəm ağa
Dostları ilə paylaş: