62
Əkbərin İsmayıla bir rütbeyi-balası var
Öldü Hacər dözmədi fikr eləmə yarası var
Əkbərin də Kərbəladə ölməyən Leylası var
Qəşş edir, səslir mükərrər Əkbər Əkbər xeymədən
Get Əli Leylanı
qoy hicrində əfğan eyləsin
Çöllərə düşsün həmişə qəlbini qan eyləsin
Birdə bax qoy gözlərin Leylanı büryan eyləsin
Canımı alsın Əli ol qarə gözlər xeymədən
Sərvə düşsə gözlərim mən
baxmaram dil dağlaram
Ağlasam bir gün sənə bir il Hüseynə ağlaram
Xeymədə yoxdur suyum əşgi üzarə bağlaram
Şəh gedən vəxtə kənizlər su səpəllər xeymədən
Zülfünə şanə vuranda olmuşam
giryan oğul
İndi də görmür gözüm Leyla sənə qurban oğul
Sən mənə baxma, pozulma rəzmə get xəndan oğul
Nagiran olma Əli, getmə mükəddər xeymədən
Var yeri əmr etsə Haqq İbrahimə canana bax Çox
da İsmayıla naz etmə şəhi-dövrana bax
Çıx tamaşaya Hüseynim bəsliyən
qurbana bax
Gör nə Əkbər göndərir dilbəndi-Heydər xeymədən
Şükr elə ki, imtahandan çıxmısan olma məlul
Qəlbinə fəxrü-təkəbbür etməsin amma düxul
Mən kəriməm kəsməmiş qurbanını etdim
qəbul
63
Bax Hüseynə yollayır bir zibhi bərtər xeymədən
Əlqərəz ayrıldı Əkbər şövqilə dildə sözü
Zeynəbə bir sözdü tapşırdı yavaş doldu gözü
Söz vəli Qasim sözüydü rəmzən andırdı özü
Zeynəbin yandırdı qəlbin qopdu məhşər xeymədən
Ərz edibdir güya əmmə gedəndə razıyam
De ərusə gül gülə yetsə çəməndə razıyam
Olmasam mən, Qasimə əqd olsa mən də razıyam
Öz əmoğlumdur vəfa pərvərdi dilbər xeymədə
Dostları ilə paylaş: