67
Məhəbbət sikkeyi-rayic deyil hər dildə zərb olsun
Müqəddəs bir ürək istər tapa, gər inqilab eylər
Nə qədri xaneyi səbri mərəmmət eylərəm neylim
Yenə axşam ki, gün batdı gözüm yaşı xərab eylər
Amandır dərdini gizlət
dəri biganiyə getmə
Görürsən qədrini bilməz sənə birdən cavab eylər
Nə dərdin olsa həmişə Hüseyndən istə heç qorxma
Hüseyn sailnəvaz aşiqdi forən müstəcab eylər
İlahi səbr ver aşiqlərə ey əvvəlin aşiq
Hüseyndən dərs alaq bəlkə səbri-bihisab eylər
Fələk Ali-Peyəmbərdən Xudavənda nə görmüşdü
Bu qədri niyyət azari Ali-Bu Turab eylər
O
Əkbər ki, başın tükün Hüseyn dünyaya verməzdi
Kəfənpuş edibdir xeyməgahdə çox şitab eylər
Necə Əkbər, necə tərif edim ziba camalından
Zəkati hüsnü Yusufdir, Züleyxanı kabab eylər
“Təala şənuhu qəd qamətin”də min qiyamət var Üzündə
xalının təfsiri
minlərcə kitab eylər
Özü məxmuri-cami-vəhdət bəzmi-məhəbbətdir
68
Gözü qəmmazədir amma xitab və gəh itab eylər Necə
gözlər, baxanda babi cənnət baz olur xəlqə
Yumanda gözlərin cənnətdə hurilər də xab eylər
O vəxt oldu hərəmdən Əkbər dərya dil ayrılsın Hüseynə
dil verən aşiq bəlanı intixab eylər
Həya mane olar öpsün
cavan oğlun ata, amma
Məhəbbət aləmi aşiq özü rəddi hicab eylər
Hüseyn başdan atıb qeydi öpərdi Əkbəri tez-tez
Atadı neyləsin doymur ürək hey iztirab eylər
Üqab üstə çıxanda güya gün indi zin üstə Və
lakin müxtəsər tutqundu qəmdən ehticab eylər
Tamaşaya xeymədən qız-gəlin kim varidi çıxdı
Tutulsa gün
baxar aləm ki, seyri-aftab eylər
Gedirdi dildə amma Leylidən çox nagiranidi
Nə qədri zəhmətin çəkmişdi ömründə hesab eylər
Dolandırdı gözün bir Zeynəb, bir Leylaya baxdı
İşarəylə yetirdi mətləbi çün səlbü-tab eylər
Ki, yəni əmməcan
olsun gözün daim anam üstə
Qolun əda onun piçideyi-bəndi-tənab eylər
Çəkəndə karivanı qətligahdan qoyma vursunlar
69
Cənazəm üstə qəmçi dəysə ruhum iltihab eylər
Özün agəhsən əmmə anam səndən müqəyyəddir Ucadan
ağlasa əfv et, anadı qəlb kabab eylər İcazə ver
hüzurunda qanımdan zülfünə yaxsın
Oğul qanın ana ağ zülfünə bəski xizab eylər
At üstə Əkbəri Kəbə kimi dövr edir qızlar
Əmirül-hacidir nazlı Rüqəyyə çox şitab eylər
Qiyamətdir təvafında gəlib
şeşmahə Əsğər də
Və lakin niyyətin qəlbində ürək dağlı Rübab eylər
Xanımlar səs çəkib ağlıllar Leyladan xəbər yoxdu
Deyillər qəşş edibdir xeyməgəhdə piçü-tab eylər
Hüseyn çox dil dedi əhli hərəmdən Əkbəri aldı Yola
salsın şəhadət vaxtını çün ehtisab eylər
Hamı əl çəkdi Əkbərdən Rüqəyyə boşlamır amma
Üç ildi öyrəşibdir neyləsin hicran kabab eylər
Boyu çatmır at üstə Əkbəri öpsün dodağından
Ayağından öpür bir söz deyib fikri savab eylər
Deyir qardaş öz səhmim bu
da Leyla əvəzindən O
qəşş eləyib gələnmir göz yaşın çün seyli-ab eylər