Beytul-əhzan naləsi


Həzrət Əli Əkbərin (ə) xeymələrdən



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə23/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   19   20   21   22   23   24   25   26   ...   62
beytul-ahzan

Həzrət Əli Əkbərin (ə) xeymələrdən 
ayrılması
Xeymədən ki, naz ilən Əkbəri çıxartdılar
Rubəru qabağına Əsğəri çıxartdılar
Gördülər Rüqəyyəni qaçdı qəm otağına
Çıxdı xeymədən alıb Əsğəri qucağına
Getdi sürət ilə tez Əkbərin qabağına
Durdu birdən ağladı məhşəri çıxartdılar
Bülbülə nə hal olar görsə qönçə yarpağın
Əkbərin dolub gözü şirixari görcəyin
Aldı öpdü ləblərin birdə öpdü qundağın
Ta bələkdən açdılar əlləri çıxartdılar
Ta iki susuz dodaq dəmbədəm öpüşdülər
Gərdi matəmə hərəm yeksərə bələşdilər
Hey onlar öpüşdülər, hey bunlar mələşdilər
Əl gedibdi başlara zülfəri çıxartdılar
Bax sireşki-Leyliyə hər nə var fələkdədi
Kərbəla qəziyyəsi qəsb olan Fədəkdədi
Bir Əli kəfən geyib, bir Əli bələkdədi Bir 
Əli mərizidi, bəstəri çıxartdılar
Gördü əşqiya o dəm ayəti-cəli gəlir
Var iki şəbahəti nuri-muncəli gəlir
Surətən Rəsulidi, sölətən Əli gəlir


71
Səfbesəf qabağına ləşgəri çıxartdılar
Gördü küfiyan əcəb qaməti-rəsası var
Hər gələn vurub onu biədəd yarası var Baxmadı 
o əşqiyaya xeymədə anası var
Gözləyir onun yolun xəncəri çıxartdılar
Bir salam edib Əli xeymədə babasına
Gəldi başı üstünə bükdü öz əbasına
Parə-parə peykəri gətdilər anasına
Nəşi üstə xeymədən madəri çıxartdılar 
İmamın (ə) Əli Əkbərin (ə) cənazəsinə 
xitabı
Ey məzhəri-Rəsuli-Xudayi-cahan oğul
Vey aftabi-ömrümə həft asman oğul
Yeddi qədəm cənazənin üstə sürünmüşəm
Ta yetmişəm bu gül bədənə nimə can oğul
Ey ömrümün dadı, gözümün nuru aç gözün
Can üstəyəm gülür mənə bu küfiyan oğul
Tapşırmışam ki, qəbridə bir yataq Əli
Sənsiz dözənmirəm bilirsən mehriban oğul
Bir sirr var baxanda sənə ağladıb məni
Qoy faş edim ki, qalmaya sirri-nihan oğul


72
Tahadan artıq öz anama vardı bənzərin
Vardır Bətuldan baxışında nişan oğul
Tək getmə Fatimə yanına mən də qoy gəlim
Atma məni bu ərsədə ey dilsitan oğul
Zülfündə telbətel düzülən qana ağlıram
Bir gülşən olmusan ki, veribdir xəzan oğul
Ayrı şəhidə salmamışam mən əba yerə
Gül tək dağılmısan neyləsin bağiban oğul
Yığsam da mən əbayə səni həml edənmərəm Abbası 
səslərəm gələ ey nocavan oğul 
Bu yatmağın mənim günümü çəkdi məğribə
Dur ver qürubi ömrümə bir də azan oğul
Səs ver darıxmışam məni qoyma şəmatətə
Düşmən gülür, danış mənilə xoşbəyan oğul
Qəlbim kimi əsən telinə and ola Əli
Çox qalmaram zəmanədə mən də əyan oğul
Bir az sonra ki, ox dəyəcək qəlbimə mənim
Ey kaş, Əli indi dəyə həmzəman oğul
Səbri imamətə hələ mən dözənmirəm
Vay Leylaya necə dözəcəkdir anan oğul


73
Gözlür yolun Rüqəyyə bacın yatma dur gedək
Qızlar tikib gözün yoluna nagiran oğul
Bir hacıyam Minada özümü itirmişəm
Görmür gözüm çağır məni Taha nişan oğul
Bir ayə başla, tut əlimi xeyməyə gedək
Gəlmir dizim ayağa duram bu zaman oğul
Abbas əmin gəlib bala, əmmən də burdadı
Dur başın üstə gör necə eylir fəğan oğul
Ali-Əba əbaya yığıb gül cənazəni Gəldi 
əbada xeyməyə bir parça qan oğul
Leylanı gətirdilər balanın nəşi üstə
Oturdu ayaq tərəfdə səda etdi, can oğul 
Dindir məni Əli, ananam yoxdu bir kəsim
Qəlbim sınıqdı yatma belə bir oyan oğul
Al yanına əbada məni barı bir yataq Salma 
çölə bu dərbədəri bağrı qan oğul

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin