95
Sən kimi oğlan becərdib afərin Ümmü-Bəninə
Çox əsər
var süddə, həm madərdə ya Babəl-həvaic
Rəsmidir bülbüllər ağlar hər çəməndə gül solanda
Çoxları səsləllər adın qəlbinə möhnət dolanda
Ağlaram amma həmişə mən
sənə bayram olanda Səslənir
bayramda saillər də ya Babəl-həvaic
Qəlbinə bir dağ çəkdi əsri-Tasuada küffar
Bir amannamə gətirdi Şimri-şum, o
kinə rəftar
Sən əgər birdən gedəydin qüssədən ölmüşdü qızlar
Şamə çatmazdı Rüqəyyə bir də ya Babəl-həvaic
Gər Hüseyndən əl çəkəydin şiəyə aləm gülərdi
Tiri-möhnət xırda qızlar qəlbini axşam bölərdi
Ruzi-Aşuraya çıxmazdı yəqin
Zeynəb ölərdi
Afərin əl vermədin namərdə ya Babəl-həvaic
Sevdiyin tək izni-cəngin olmadı ey dil şiksətə
Təllidən Zeynəb baxırdı həm şəhənşahi xücəstə
Maridə bir nizə vurdun rəzmigəhdə sən at üstə
Naz edibdir şəstinə Heydər də ya Babəl-həvaic
Nagəhan bir zülm olubdu rəzmidə qolsuz göründün
Vurdular başdan at
üstə lalətək qanə büründün
Onda ki, atdan yıxıldın müxtəsər yerdə süründün
Qalmadı taqət daxi peykərdə ya Babəl-həvaic
Su yanında gül vücuda sədmeyi-üzma yetişdi
96
Soti “ədrik ya əxa” ta aləmi bala yetişdi
Sən Hüseyni səslədin
ondan qabaq Zəhra yetişdi
Gördü qan vardır rüxi-ənvərdə ya Babəl-həvaic
Dostları ilə paylaş: