Beytul-əhzan naləsi


İmamın (ə) Əli Əsğərə (ə) xitabı



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə30/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   26   27   28   29   30   31   32   33   ...   62
beytul-ahzan

İmamın (ə) Əli Əsğərə (ə) xitabı
Ey vəfa gülşənin qönçeyi-xəndanı oğul
Qanı ehya eləyən məktəbi-Quranı oğul
Mehri-Zəhra ki, su idi üzünə bağladılar
Qadağan oldu su içmək sinəni dağladılar
Ağladın sən sudan ötrü mələkut ağladılar 
Qarəpuş etdi qəmin cənnətul-əlani oğul Belə 
ehsas edirəm dildəki nisgil sözünü
Ox dəyəndə boğazından çox itirdin özünü
İş keçib müşgülün üstə yum o yorğun gözünü
Ta çəkim yaradan ol zəhrili peykani oğul
İki peykərdən öləndən sonra bənd olmadı qan Biri 
sən, bir də anamdur qanı vermirdi aman
Səsin alcaq babamın, qanı atırdı yaradan
Kəfi-tabuta süzürdü şəbi-zülmani oğul
Məktəbi eşqdə öz eşqinə təfsir imiş ox
Qismətində su yox imiş, sənə təqdir imiş ox
Belə ox yarası olmaz bala şəmşir imiş ox
Bu yara bağlana yoxdur daxi imkanı oğul
Hansı gül sən kimi ey gül günü-gündən saralı
Hansı bir ovçu vurar qaçmayan olsa maralı
Bəxtə bax, qismətə bax, sən yaralı, mən yaralı
Ağladar bu iki yara iki dünyani oğul


102
Bilən olmadı bu bazaridə heç qiymətini
Xibrə sərrafam özüm sat mənə can xələtini
Basaram sinəmə cantək öpərəm surətini
Çəkərəm nazinı ey Fatimə mehmanı oğul
Ey kiçik sinnilə sərməşqi-bozorqani-cahan
Şəfəqin mənzərəsin qanı üfüqdə yaradan
Ağlama səbr elə ta gəlsin həqiqi qan alan
Alacaq Məhdi bu nahaq tökülən qanı oğul
Qutəvər əşgi qəmü-möhnətə ol şahi-zəmən
Meydanın sağ-solunu gəzdi Hüseyn Əsğərilən Səslədi 
qardaşı Abbasi görüb yoxdu gələn
Binəfəs şah qucaqında gəzir hər yanı oğul
Əsğərin tez-tez öpür qanlı ləbi-nuşindən
Balanın qanı süzür sinəsinə döşündən
Bir nəfər yoxdu ala meyyiti ağuşundan
Gəzdirir ərsəgəhi qüssəli babanı oğul
Baxmır ləşgərin heç tənə ilə baxmağına
Qarşıb ağlamağı Hərmələnin gülməyinə
İyləyir Kəbə kimi sürtür özün qundağına Deyəsən 
hacı öpür kəbeyi-cananı oğul
Gah səslir bala vay, gah yarasın tez-tez öpür
Dolayıb sağ-solunu qundağına didəsi tər
Sol əlin hayil edib başa otursa üzülər
Ağladır ərsədə öz halına sultanı oğul


103

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin