134
Ay çıxanda sən də çıx sirrin demə nisvanıma
Saxlaram sinəmdə yer gəl qətligahə yanıma
Gözlərəm orda balam canı
dübarə qoy gedim
İndidən əmmən kimi öyrəş fəraqə get bala
Düş qucağımdan sönə suzi əlaqə get bala
Allaha xatir səni aldım qucaqə get bala
Ağlayıb çox salma babanı fişarə qoy gedim
Hamızı tapşırmışam Allaha mən tək-tək qızım
Sən
bilirsən ki, anam gözlər məni göyçək qızım
Əlli ildi həsrətəm Zəhrayə sən əl çək qızım Rəhm
elə göz yaşıma bax inkisarə qoy gedim
Sən ki, dildə bu az sinnilə çox vabəstəsən
Çırpınır qəlbin quş kimi dilxəstəsən
Bu nə aləmdir hələ mən getməmiş can üstəsən
Can verir güya qəfəsdə bir
qənari qoy gedim
Vida növhəsi
(Cuşi və sinəzən)
Sal yola anan Bətulə, qardaşın qonaqdı Zeynəb
Səbr elə qəmi fəraqə, eşq bu siyaqdı Zeynəb
Başının bacı bəlası yetməyib
hələ təmamə
135
Sən özün bir Hüseynsən, ver bu nehzətə idamə
Hazır ol ki, qəm qətarın Kufədən çəkəllə Şamə
Şam yolları bilirsən Kufədən uzaqdı Zeynəb
Bu Rüqəyyəni bilirsən çox sevirdim əvvəlindən Ağladıb
məni yol üstə doymadım şirin
dilindən
Xəstə bülbülü çəməndə ayrı saldılar gəlindən
Az zaman sənə Rüqəyyə Şamidə qonaqdı Zeynəb
Adət eyləyib mənilə hər gecə bu qız yatardı Qolların
salardı möhkəm boynuma yuxu tutardı Sübh mən
üzün öpərdim nazilə gözün açardı
Öyrəşib mənə üç ildi neyləsin uşaqdı Zeynəb
Ayrı halətilə gördüm mən o qəmkeş fəraqı
Xofidən ürək dayanmır titrəyirdi dil-dodaqı
Tez dodaq-dodağa qoydum ölməsin mən ol uşağı
Dil-dodaq demə deyirsən bir yanar ocaqdı Zeynəb
Öldü qardaşım bu çöldə qəlbimə fəraqı oxdu
Əl tutan gedib əlimdən başımın bəlası çoxdu
Əkbərim cavan ölübdür qalmağın
da həzzi yoxdu
Bir seşöbə ox çöldə gözlərəm haçandı Zeynəb
Möcüzi imamət ilə Zeynəbə təkan veribdir
Qəlbinə əlin ki, qoydu nimə cana can veribdir Zeynəbin
açıldı nitqü eşqidən bəyan veribdir
Olma nagəran Hüseynim nehzətə dayaqdı Zeynəb
136
Get vəfa elə
Hüseynim əhdi-aləmi-ələstə
Düş yaralı qətligahə qoyma din ola şikəstə
Olma nagəran qızından ey şəhənşəhi-xücəstə Qafil
olmayıbdı, olmaz, hər zaman oyaqdı Zeynəb
Dostları ilə paylaş: