141
Baxma
ol zahidə ki, cənnətə xoşdur hərdəm
Cənnətə bir baxışın versəm əgər namərdəm
Bax mənə ol dəmi axər evin abad Hüseyn
And ola Zeynəbin ağ saçlarına, göz yaşına
Mərkəbindən üzü üstə yıxılan qardaşına
O susuz Əsğərə ki, çatmadı heç bir yaşına
Gəlməyibdir bu camaat bu yerə öz başına
Sənin eşqində gəliblər evin abad Hüseyn
Seyyidim, hacətimiz çoxdu rəva istəyirik
Dərdimiz vardı şəha,
hökmü-şəfa istəyirik
Demirəm Məkkə və Miqat, Mina istəyirik
And ola Zeynəbə biz Kərbübəla istəyirik
Harda cənnət ora bənzər evin abad Hüseyn
Ağlaram şam-səhər Zeynəbə, qəm yoldaşına
Xırdaca qəbridə yatmış o uca qardaşına Kərbəla
şövqü
düşüb cana, qəsəm göz yaşına
Bir görəydim sürünüb mən də dolannam başına
Səslərəm orda mükərrər evin abad Hüseyn
Eşq xeymə qura bilməz qəlbi hər dini kəcdə
Bir müqəddəs ürək istər ki, gətirsin vəcdə
Kimdi ki, pey apara səndəki izzü-məcdə
Adəmə etdi mələklər sənə xatir səcdə
Adəmə kim nəzər
eylər evin abad Hüseyn
Şirmərd istəyir ta qaçmaya heç bəlvadan
142
Əkbərindən keçə meydanda düşə yaradan
Hələ Adəm keçə bilmədi iki buğdadan
Tək Hüseynin işidir məst ola bu səhbadan
Hey çəkə başına peydər evin abad Hüseyn
Qanlı ehramına heyrandı sərxil mələk
Oldu hüccac ara həşrə kimi həccintək
“Ləkə ləbbəyk”inə
səs gəldi ki, “Allahu məək”
Dedi ləbbeyk Hüseyn Rəbbi-cəli , ərşü-fələk
Səslədi göydə mələklər evin abad Hüseyn
Dedilər kimdi belə səcdeyi-mümtaz eləyir
Zülcəlala özünü eşqilə dəmsaz eləyir
Bu necə yarəlidir xəncərə də naz eləyir
Uca boylu o xanım kimdi ki, ecaz eləyir
Əllərin doğradı
xəncər evin abad Hüseyn
Bar ilaha, bu qoşun belə cəfa eylər ona
Zülm qalmır ki, daxi qövmü dəğa eylər ona
Biri daşlar, biri ləbbeyk səda eylər ona Xırda
bir qız oturub yolda dua eylər ona
Babasın nazilə gözlər evin abad Hüseyn
Var yeri səs gələ nurüs-səqəleynimdi mənim
Batini Kəbədi ruhül-hərəmeynimdi mənim
Sevgilimdir o, qətiül-vədceynimdi mənim
Bu həman Fatimənin
oğlu Hüseynimdi mənim
Şafeyi-aləmi-məhşər evin abad Hüseyn
Baxmayın peykərini oxlara amac elədim
143
Yandırıb xeyməsini ərseyi-tarac elədim
Mənim eşqimdi Hüseyn xilqətimə tac elədim
Xeyli üşşaqı buna həşridə möhtac elədim
Əhli-eşqə budu sərvər evin abad Hüseyn
Fətəbarəkdə olan nəssə budur şəni nüzul
Öz Hüseynimdi,
Bətulun gülü, dilbəndi-Rəsul
Etmədi zərrəcə öz əhdi ələstindən üdul
Ağzını hər nəyə açsa edərəm mən də qəbul
Gər dua etsə o ləblər evin abad Hüseyn
O xanım da ürəyi parçalanan Zeynəbdi
Tiri-alamü-bəliyyata nişan Zeynəbdi
Bu Hüseynin bacısı qəlbi yanan Zeynəbdi
Zərridə oldu
şəriki bu həman Zeynəbdi
Ləhnidə Heydərə bənzər evin abad Hüseyn
Dostları ilə paylaş: