160
Adın qeydi əsarətdir özün pabəndi eşqimsən
Dolaşdın boynuma bildim ki, gərdənbəndi eşqimsən
Bizə fərq eyləməz zənciri ahən, ya təla zəncir
Sən ey zənciri-ahəndil bu nöyi kinədə durma Bu
qədri həlqə-həlqə səs verib Zəhranı yandırma
Qabaqda Kufə vardır Zeynəbi-məhzunu sındırma
Məni çoxları tanır orda varımdır aşina zəncir
Gələr bir gün qabağa həlqə-həlqə mən səni qırram
Açıb Səccad boynundan Yezidin boynuna vurram
Mənə Zeynəb deyəllər mən tilsmi-zülmü sındırram
Nə Musayəm ola lazım əsa o əjdəha zəncir
Gələndə Kərbəlayə məhmili-zərtarilən gəldin
Hüseyn, Əkbər və Qasim gül gülzarilən gəldim
Əbəlfəzlim yanımdaydı uzun qollarilən gəldim
Varım birdən yox oldu, aldı məndən Kərbəla zəncir
Dostları ilə paylaş: