Qətligahdan köç
Ey Zeynəbi ağlar qoyan
Qardaşım lay-lay, qardaşım lay-lay
Yollandı Şamə karivan
Qardaşım lay-lay, qardaşım lay-lay
Rahət yat, yaralı
Sən ki, yıxıldın topraqa gül üzün üstə
Sinəsi xəstə
Soydu xiyamın əşqiya dəstə be dəstə
161
Gəldi peyvəstə
Qızlar qaçıb dildə nəva, zarü-dilxəstə
Qəlbi şikəstə
Çöllərdə başlandı fəğan
Qardaşım lay-lay, qardaşım lay-lay
Aşiq gərəkdir tən verə səbrü-alamə
Rənci əyyamə
Sən imtahan eşqini verdin itmamə
Xətm olub namə
Zeynəb də qolbağlı gedir Kufə, Şamə
Məclisi amə
Sən olma məndən nagəran
Qardaşım lay-lay, qardaşım lay-lay
Qoymur yanında Şimri-dun qızların qalsın
Qızların qalsın
Bari yaxından bir zaman ətrini alsın
Ətrini alsın
Abbasə əmr eylə bizi ta yola salsın
Ta yola salsın
Vermir əman bu sariban
Qardaşım lay-lay, qardaşım lay-lay
Hicrində yanmış sinəmi dağlaram qardaş
Dağlaram qardaş
Rüxsarimə gözyaşimi bağlaram qardaş
Bağlaram qardaş
Ömrüm boyu ox yarənə ağlaram qardaş
162
Ağlaram qardaş
Dəydi ürəkdən nagəhan
Qardaşım lay-lay, qardaşım lay-lay
Hər nə bəla gəlsə mənə səbridə durram Hər
səhər axşam
Kaxi Yezidi nütqilə bir-birə vurram
Fikrinə qallam
Zəhrayə and olsun Hüseyn, köynəyin allam
Qəbrinə sallam
Mən qoymaram batsın bu qan
Qardaşım lay-lay, qardaşım lay-lay
Səndən sora dünyadə çox qalmaram ölləm
Mən özüm billəm
Nazlı Rüqəyyə möhnətin Şamidə görrəm Əşgini silləm
Gər ölməsəm qalsam Hüseyn qırxına gəlləm
Gəlməsəm ölləm
Qəbrində ollam mehman
Qardaşım lay-lay, qardaşım lay-lay
Getdim Hüseyn gözyaşı qan, mən xudahafiz
Mən xudahafiz
Çəkdi qətari sariban mən xudahafiz Mən
xudahafiz
Qızlardan olma nagəran mən xudahafiz
Mən xudahafiz
Qardaşım lay-lay, qardaşım lay-lay
|