Beytul-əhzan naləsi


Gəlin Fatimənin (s.ə) Qasimə (ə) xitabı



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə46/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   42   43   44   45   46   47   48   49   ...   62
beytul-ahzan

Gəlin Fatimənin (s.ə) Qasimə (ə) xitabı
Əmoğlu göz götürmə bu pərişan ruzgarından
Amandır kəsmə lütfün noərusi-dilfiqarından
Nə qədər vursa da səbr elərəm vursun yaman ovçu
Uçurdanmaz məni min taziyanə şaxsarından
Uzaq gəz bəd nəzərdən gərçi zülfün pərdədarındır
Görərsən bac alır birdən o zalım pərdədarından
Səba da düz demir mənilən əmoğlu bu keşakeşdən
Rəqibanə gəzir kuyində lütfü-bişümarından
Bilir ki, var gözüm piçü-xəmi-zülfi-çəlipadə
Götürmür əl azan vəxti zülfü-tabdarından


178
Kəsibdir abi-həyat çeşməsin hindu kimi xalın
Alır künci-ləbində feyzi-ləli abdarından
Əsirəm, ovunam, pərbəstəyəm, dilxəstiyəm, rəhm et
Nə tez tutmaq həman doydun bu dilxəstə şikarından
Uzaq yol, ac-susuz, birəhm düşmən, naqə bəd rəftar
Təmamən səhlidir eşqində lütfü-kirdigarından
Gedəndə rəzmigahə heç dalınca baxmadın getdin
Məni yandırdı bu nisgil niqahi-əşgbarından
Bizə bir əqd oxundu xeymədə bir parça dərd oldu
Babam da ağladı əqd üstə sirri istitarından
Mənim iqbalıma seyr elə bir gör nə qarə bəxtəm
Fələk bir baxmağı çox gördü rəsmi-rüzgarından
Gözləyirdim əqəllən ayrılanda bir dalı baxsın
Göz altı bir xudahafiz edək çeşmi-xümarından
Su olmadı dalınca xeymələrdə göz yaşın səpdim
Gözüm yollarda qaldı səbr qıldım istibarından
Bir az keçdi xəbər gəldi, gəlir Qasim həna əldə
Nə gəlmək, görməsin heç müntəzir göz intizarından
Babam gətdi səni əxyamə qoydu bir uca yerə


179
Dedi damadıdı şənin bilindi öz vüqarından
Eşitdim qətligahda kakülün əllərdə qalmışdı
Kül olsun başıma cismi-sərasər zəxmidarından
Xanımlar aşkara ağlaşırdı, leyk mən gizlin
O gündəndir gəlugir olmuşam suzi-şərarından Utandım 
adını mən tutmadım nəşin gələn vəxtə
Sənə Əkbər adilə oxşadım rəmzü-işarəndən

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin