187
Qoymayıblar əhli-beytin ağlayıb yas saxlasınlar
İstirəm bir iş görəm mən qəlbi-zari dağlasınlar
Ölməyim olsun bəhanə ta sənə bir ağlasınlar
Səs-səsə versin hərəmlər ağlasın əmməm yaralı Arizu
gülzari qoyma bu xərabə yerdə solsun Lütf eylə ta bu
yətimin
kaseyi-amali dolsun
Səbrimin əcri ləbindir qoy öpüm ta muzdum olsun
Həşrədək dillərdə qalsın ta mənim busəm yaralı
Qabizul-ərvahə əslən vermərəm can zarü-xəstə
Canımı lütfən özün al ey şəhənşahi-xücəstə Qəlbidən
şadəm əgərçi halsızam
mən dilşikəstə
Əfv elə gər məhzərində ağlayıb gülsəm yaralı
Var mənə cayi-məzəmmət qədrini gər bilməsəydim
Ləblərindən ləxtə qanı zülfüm ilə silməsəydim
Yoxdu imkanım görürsən
ta sənə qurban kəsəydim Mən
özüm qurbanın ollam dəmbedəm hərdəm yaralı
Şamidə qallam həmişə ağlaram bir məhcəbinə
Kərbəladən qorxuram mən orda dağlandı bu sinə
Əfv elə əmməm gələndə gəlməsəm
mən Ərbəinə
Şamidə adın dilimdə vurmuşam pərçəm yaralı
Kaş Əkbər adıtək dodağında olardım Sən
gedəndə rəzmigahə gül budağında olardım
Ox dəyəndə qəlbin üstə mən qucaqında olardım
Nəsb olardım sinənə ta həşrədək möhkəm yaralı
188
Kaş mən məzun olaydım qovmiləm cəngü-setizə
Əkbərimtək doğranaydım məhzərində rizə-rizə
Sancılardı gözlərimdən rəzmigəhdə tirü-nizə
Görməyəydim kül üzündə ey şəhi-aləm yaralı
İxtiyar etdim dili şəb mən də mərgi-ixtiyarı
Aşiqin dəhri-fənadə olmasa yarı, nə karı
Xeymədən sən ayrılandan eylirəm ləhzəşümarı
Sən
bil Allah, getmə birdən qoy gedək bahəm yaralı
Əkbərə vardır bilirsən qəlbdə eşqi-fövqəladə
Sübhətək viransəradə əllərim qaldı duadə
Yalvarırdım gəlsin Əkbər gəlmədi ol şahzadə
Adını toprağa yazdım gözlərim pornəm yaralı
Mənzili viranə gəlsin olmadı
bir zərrə meyli
Söylə məndən Əkbərimə ey gülü gülzari-Leyli
Gəlmədin viransərayə mən də can verdim gileyli
Səslədim hey Əkbər-Əkbər hər zaman hər dəm yaralı
Dostları ilə paylaş: