191
Səni qoy and verim öz ürəyindən keçənə
Bu qəsəm ayrı qəsəmdir mənə bürhan oldu
Səni Zəhra anamın sili dəyən nili üzü
Ki, gecə gördü Əli sinəsi suzan oldu
Qusl edən vəxtə Əlinin o əsən əllərinə
Saxlayanmırdı özün əlləri lərzan oldu
And verirəm o üzə qoydu qoydu Əli divarə
Ucadan ağladı birdən işi əfğan oldu
And verirəm o qola çıxdı kəfən altından
Səni ağuşə alıb həşr nəmayan oldu
Belə qəlbim darıxıbdır məni burdan qurtar
Gecə gündüz bu məkanda ürəyim qan oldu
Dostları ilə paylaş: