192
Doldurdu gözün rəmzilə dindirdi qonağın
Əvvəldə nişan verdi babasinə ayağın
Şərh etdi qəmin məhzər sültanə Rüqəyyə
Al canımı bu qanə batan ğəbğəbin üstə
Aləm desin öldü bu qız ayrı dəbin üstə
Mən bus eləyim canımı
saxla ləbin üstə Həsrətdi
baba bu ləbü-dəndanə Rüqəyyə
Gəlmişdi baba canim ala qabizul-ərvah
Çox yalvarıb etdim ona bu barədə əlhah
Sən alma verim sahibinə mat ola ərvah
Görsünlər yetib rövzeyi-rizavanə Rüqəyyə
Səbr eylə dedim didə
qəmi-faşinə düşsün
Can üstə gözüm ləblərinə qaşinə düşsün Viranədə
qanim babamın başinə düşsün
Təqdim eləsin canını cananə Rüqəyyə
Etmə əcələ bu gülü eşq üstə saralsın
Bu ölməyinin həşrə kimi qoy sözü qalsın
Səbr eylə bir az canımı gəlsin babam alsın
İfa eləsin etdiyi peymanə Rüqəyyə
Ey kaş nə şadlıq günü, nə bayram olardı
Nə sübh açılırdı baba, nə axşam olardı
Nə Şimr gəlirdi, nə xərabə Şam olardı
Nə Zəcri görərdi baba, dürdanə Rüqəyyə
193
Mən ağladım
Şamidə biş-kəmə xatir
Baxdım aya yandım gecə ayrı qəmə xatir
Çox qüssəmi pünhan elədim əmməmə xatir Yalvardı
vəli bir gün o nalanə Rüqəyyə
Səndən bibi şərməndədi bu qəlbi-şikəstə
Müddətdi
səni eyləmişəm Şamidə xəstə
Sən bil babamın canı mənə bir ölüm istə
Agəhsən özün burda gəlib canə Rüqəyyə
Qəm tiri qərəz qəlbi-həzinə saçan öldu
Əkbərdən o tur
zülfünü hər dəm açan öldu
Çöllərdə piyadə tikan üstə qaçan öldu
Az ömrünü verdi gecə payanə Rüqəyyə
Baxdı elə ki, qanlı dodaqlarə gecəylə
Düşdü nəzəri xibrə xəridarə gecəylə
Can nəqdini çəkdi
səri bazarə gecəylə
Baş bir yana düşdü özü bir yanə Rüqəyyə
Dostları ilə paylaş: