230
Suzi-ahilə yanıqlı
qəlbimə vurma şərarə
Sən bilirsən əmmən ölsün bikəsəm yox məndə çarə
Görmüsən əmmən sənintək didə giryandır Rüqəyyə
Şölə ahın görəndə var yeri Şam əhli yansın
Qorxuram sən ağlayanda xırda qızlar oyansın
Səs-səsə versinlə yeksər nalə əflakə dayansın
Şivəni Ali-Rəsulə əşgin ünvandır Rüqəyyə
Ey dəri-gənci məlahət gövhəri
dərci-müsibət
Çəkmisən Kərbübəladən Şamədək yollarda zəhmət
Zərbəti-sili üzündə yoxsa çox eylir əziyyət
Yatmısan topraqlar üstə işin əfğandır Rüqəyyə
Hansı şəhzadə sənintək gördü bu rəncü-məlalı
Ac, susuz, yorqun, xərabə mənzili, başı qaralı
Taziyanə, kəbi-nizə eyləsin cismin yaralı
Halına öz halım əldə yaxşı mizandır Rüqəyyə
Gülşəni-ömrün soldurubdur
badi-möhnət Bu gecə
gül surətində görsənir asari-rehlət Bir kəsə gəlmir
gümanim nisfi-şəb, qürbət vilayət
Bir
nəfər fəryadrəs yox, şəhri-dunandır Rüqəyyə
Mənzili Əbu Həsənidə bir gecə fəsli-zimistan
Var idi Sədiyi-Zəman və Əşgi və bir cəm mehman
Müttəle yazdı Hüseyni şirkət ilə tapdı payan
Yazdıran, yadə salan bu şeri xoşxandır Rüqəyyə