20
Ləngər sınıbdı, kəştiyi-biləngər ağlaşar
Hammı gedib, Bəqidə tək ağlır Əli
Qəlbində dağına Fədək və Xeybər ağlaşar
Gizlin məzarə fatehi-Xeybər
dəxil olub
Guya vurublar sinəsinə xəncər ağlaşar
Ehsasi dərdü-suzeş edir məğzi-ostuxan Tənha
nə gözləri, başabaş peykər ağlaşar
İstir durub ayağa gedə, dizləri əsir
Yerdən duranmır, neyləsin dizlər ağlaşar
Dildən düşəndə başlayıb əmmən yucib oxur
Mövla Əli nəvasına nöh keşvər ağlaşar
Eyb etməyin desəm ucalıb
nalə qəbridən
Qəbr, hənut, Fatimə və bəstər ağlaşar Gəh
öz-özüylə söhbət edir, ağlayır bir az
Gəh dindirir Bətulu, qəlb və dilbər ağlaşar
Peyğəmbərin baharına sən qanlı laləsən
Sinəndə daği-eşqə yaran bənzər ağlaşar
Olsun qəsəm bu qəbrə ölüm axtarır Əli
Düşmür ələ gözümdəki əşgi-tər ağlaşar
Həqqim ölümdü,
ölməmişəm zindəyəm hələ
Sən qıl dua Əli də ölə teztər ağlaşar Qurana
hər baxanda gözüm Kosərə düşür
Ayati-Nur,Vaqiə və Kosər ağlaşar
Hər karvan yolu düşə şəhri-Mədinədən
Boynunda zəngi-naqə və məhmillər ağlaşar
Qurban olum qünutuna, “əccil vəfati”na
Məqbul olan duaya evim yeksər ağlaşar
Peyğəmbərə denən məni Qonfuz vuran zaman
Gördüm ki, Zülfəqar, qapı
və Heydər ağlaşar
21
Sən hayil olduğun qapını etmərəm əvəz
Orda müdafeim yıxılıb, səngər ağlaşar
Qan ilə yazmısan qapıda “yaşasın Əli”
İsarına ürəkdə qalan əxyər ağlar Ta
əşhədu ənnə Əliyyən vəli deyər
Mehrab, məscid, hərəm və minbər ağlaşar
Qəbrimdə də o sili yeri ağladar məni
Hər ləhzə yara tazələnər neştər ağlaşar
Ruhum küsüb, mədinəlilərdən gileyliyəm
Əhvalıma sipehr, mehi-ənvər ağlaşar
Aya uşaqlara necə tapşırmısan məni
Qoymur biri gözündən
olam peyi-dər ağlaşar
Tez-tez baxır yatan yerə nazlı qızların
Səslir cavan məzarə gedən madər, ağlaşar
Amma Həsən elə tutulub dindirənmirəm
Pozğundu halı, halına bəhrü-bərr ağlaşar
Məhşərdə izin alıb açaram köhnə dağını
Onda görəllər iş pozulub məhşər ağlaşar Yaz,
ağla Sadiqi nə qədər ömr edə vəfa
Bax dəftərə qələm pozulub, dəftər ağlaşar
Dostları ilə paylaş: