19. Sual: Hörmətli Şeyx, mən Yaponiya Universitetlərindən birində oxuyuram və bizim Universitetdə müxtəlif yığıncaqlar, forumlar keçirilir. Bütün bu məclislərdə içki də olur. Mən içki içməsəmdə belə bu cür yığıncaqlarda iştirak etməyimdə günah varmı?
Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: “İçki içən kimsələrlə oturmaq qadağandır və sən onları bu əməlinə görə məzəmmət etməlisən. Əgər onlar sənə qulaq asmasalar onları tər etməlisən bu da Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sözlərinə uyğun olanıdır: “Kim Allaha və Axirət gününə iman edirsə içki içilən bir məclisdə (stol arxasında) oturmasın”. İmam Əhməd, Tirmizi. Onlarla oturmaq – onların bu əxlaqsız əməlindən razı qalmaq və onlarla olmaq deməkdir. “(Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma”. (əl-Ənam 68). “Allah Kitabda (Quranda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!”. (ən-Nisa 140).
“Fətava İslamiyya” 3/447.
Doğrusu bu hələm hamısı deyil.Sadəcə qəsdimiz inadkar və mübahisəni sevənləri deyil şübhədə olan və öyrənmək istəyənləri agah etməkdir.