BəZİ KİMYƏVİ termiNLƏRİn yaranmasi tariXİ haqqinda (I məqalə) V. M. Abbasov, A. M. Tağıyeva, M. M. Abbasov, Z.Ə. Həsənov, Ş. V. Salmanzadə


Anilin termini də maraqlı yaranma tarixinə malikdir. 1826-cı ildə alman kimyaçısı O.Unferdorben indiqo



Yüklə 127 Kb.
səhifə5/7
tarix10.01.2022
ölçüsü127 Kb.
#108587
1   2   3   4   5   6   7
Anilin termini də maraqlı yaranma tarixinə malikdir.

1826-cı ildə alman kimyaçısı O.Unferdorben indiqonu güclü qızdırmaq yolu ilə bu boyağın molekulunu daha kiçik tərkib hissələrinə parçalamışdı. Onların birində əvvəllər məlum olmayan azotlu birləşmə molekulları var idi ki, bu birləşmə rəngsiz maye olub kristallin adlandırıldı. Daha sonra, 1840-cı ildə bu maddənin alınma üsulu təkmilləşdirildi.

Peterburq elmlər akademiyasının adyunktu Y.F.Fritşe indiqoya qələvi ilə təsir edərək anilin aldı. O, yeni maddəni ərəb sözü olan “an-nil” (annil) götürərək anilin adlandırdı. Annil eyni zamanda qiymətli indiqo boyasını və onun alındığı bitkini ifadə edirdi. Bu bitki hind bitkisi olub sanskritdə “nila” adlandırıldı. Ərəblər onu “annil”, portuqaliyalılar “anil”adlandırmışdılar.

Romalılar bu bitkini sadəcə “indikus” adlandırdılar. Sonralar artıq ispanlar onu indiqo adlandırmağa başladılar.

Anilini 1842-ci ildə rus üzvi kimyaçısı N.N.Zinin nitrobenzoldan sintez etdi. Bu zaman baş verən kimyəvi reaksiya Zinin reaksiyası adlanır və çox məşhurdur.

Bir qədər sonra aydınlaşdı ki, anilini boz kömürü havasız şəraitdə qızdırdıqda əmələ gələn daş kömür qətranından da almaq olar.

1856-cı ildə 18 yaşlı ingilis tələbə-kimyaçısı U.Perkin malyariya əleyhinə vasitə olan xinini daha sadə maddələrdən almağa cəhd etdi. O vaxt xininin sintezi haqqında heç bir təsdiqedici məlumat yox idi və qəribə deyil ki, gənc adam uğursuzluğa məruz qaldı.

Amma, hansı uğursuzluq? Təcrübələr zamanı gənc Perkin anilini müxtəlif maddələrlə işlədi (o,səhv olaraq hesab edirdi ki, anilin molekulunun quruluşu xinin molekulunun quruluşuna oxşardır) və boz, azcəlbedici məhlul aldı. O, yəqin ki, bu məhlulu atardı, amma, işıqda həmin maye parlaq al-qırmızı (purpur) rəng alması onun diqqətini cəlb etdi. Perkin maye nümunəsini boyaq fabrikantlarına göndərdi və onlar yeni məhsul ilə maraqlandılar.

Bütün digər işləri ataraq Perkin bütün gücünü boz məhluldan purpur boyanı ayırmağa cəmləşdirdi. Boyağın çıxımını artırmağa cəhd edərək o, anilinin daş kömür qətranından alınmasının daha əlverişli üsulunu kəşf etdi. Boyağı “anilin purpuru” adlandırdılar və o, kimya sənayesinin buraxdığı yüzlərlə sintetik boyaların sırasında birincidir. Onlar bütöv bir sinif anilin boyalarını əmələ gətirir ki, indi onlar sintetik boyalar adlanırlar.

Perkin zavod tikmişdi və yarım əsr müddətində anilin boyalarının istehsalı ilə məşğul olmuşdu.

Yuxarıda verilən məlumatlar göstərir ki, müasir kimyanın terminlərinin əksəriyyəti maraqlı və tarixi köklərə malikdir. Bu terminlərin mənşəyi haqqında şagirdlərin məlumatlanması bir çox cəhətdən vacibdir. Bir tərəfdən terminin yaranma yeri və tarixi haqqında məlumat əldə etməklə onun mənasını dərk edirlər. Digər tərəfdən bu terminlərin aid olduqları maddələrin, üsulların, hadisələrin mahiyyətini öyrənirlər. Bir çox hallarda bir terminin mahiyyətinin bir neçə digər termin ilə əlaqəli olması və əlaqəli öyrənilməsi həmin terminlərin hamısının yaddaşda yaxşı qalmasını təmin edir.

Kimya müəllimləri hər bir kimyəvi terminin, anlayışın mahiyyətini şagirdlərə çatdırmaq üçün dərslikdən əlavə materiallar toplamalı, bu işə şagirdləri də cəlb etməlidir. Yaxşı olar ki, bu sahədə şagird “tədqiqatları” kimya dərnəklərində, kimya gecələrində müzakirə olunsun və mümkün olan hallarda təcrübələrdə müşayiət edilsin.



Yüklə 127 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin