Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və Məlumat biblioqrafiya şöbəsi xocali – qan yaddaşimizdir



Yüklə 82,67 Kb.
tarix20.01.2017
ölçüsü82,67 Kb.
#676
Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və Məlumat

biblioqrafiya şöbəsi

XOCALI – QAN YADDAŞIMIZDIR

( metodiki vəsait )


Biləsuvar - 2016

XOCALI -24

Ərazisi -0,936 min kv.km

Əhalisi - 25000 min nəfər.

Ey Dünya, qalx ayağa!

Bu gecə qan tökülüb.

O gördüyün qanlı çay

Xocalıdan süzülüb.

Bəşər tarixində ən dəhşətli hadisələrdən biri olan Xocalı soyqırımının törədilməsindən bizi 24 illik bir zaman məsafəsi ayırır. O gecədən ki, təpədən –dırnağa qədər silahlanmış erməni quldur dəstələri Qarabağımızın Xankəndi bölgəsində yerləşdirilmiş 366-cı rus alayı ilə birlikdə Xocalını yandırıb külünü göyə sovurdular. Əliyalın dinc sakinləri qəddarcasına qətlə yetirdilər. Girov götürdüklərini təhqir və həqarətlərə , zülm və işgəncələrə məruz qoydular.

Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini büsbütün məhv edərək , insanlığa silinməz ləkə olan soyqırım aktını törətdilər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı , o cümlədən 63 uşaq , 106 qadın ,70 qoca qəddarcasına , dözülməz işgəncələrlə öldürülmüş , 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin – köməksiz, qadınlar girov götürülərək, ağlasığmaz zülmə , təhqir və həqarətə məruz qocalar qalmışlar. Erməni hərbiçiləri öldürdükləri insanların başlarının dərisini soymuş , müxtəlif əzalarını kəsmiş , körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar..

Xocalı ilk dəfə hələ ötən əsrin əvvələrində , 1905-ci ildə ermənilər tərəfindən yandırılaraq külə döndərilmiş, əhalisi vəhşicəsinə qılıncdan keçirilərək, qanına qəltan edilmişdir. Onun doğma yurd həsrəti ilə qovrulan didərgin sakinləri ara səngiyəndən sonra öz ata –baba torpaqlarının yaralarını sağaltmaq, dağıdılmışları bərpa etmək, yıxılmışları ayağa qaldırmaq üçün yenidən geri qayıtmışlar. Ermənilər ikinci dəfə Xocalını 1918-ci ildə yandırıb, külünü havaya sovurdular. Amansız qırğınlar, dəhşətli faciələr, başsız qalan ailələr, qırılmış qocalar uşaqlar, gəlinlər cavan igidlər gözü yaşlı qalan anaların bu millət anlamından kənardan qalan insan cildindəki iblisləri yenə də susdura bilmədi.

1992- ci ilin fevralın 25-dən 26-na keçən gecə üçüncü dəfə Xocalıda törədilən daha dəhşətli soyqırım . İlahi , bu yaşanmış acıları ifadə etmək qeyri- mümkündür. Bu haqda nə qədər yazsaq belə ürəyimizdəki bu dəhşət ,ağrı , kin-küdurət, intiqam hissi yenə də susmaq bilmir və bilməyəcək də.

Azərbaycan xalqına qarşı misli görünməmiş bu soyqırım , kütləvi və amansız qırğın aktı , erməni qəsbkarlarının ölkəmizin dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla təkcə xalqımıza deyil , bütün insanlığa qarşı irimiqyaslı cinayət işi idi.

Erməni təcavüzü nəticəsində respublikamızın 900 yaşayış məntəqəsi zəbt edilmiş , 4366 sosial obyekt , 690 məktəb , 280 uşaq bağçası, 862 klub, 932 kitabxana, 1831 kino qurğusu , 855 məktəbəqədər müəssisə , 656 poliklinka, ambulatoriya, aptek və digər tibb müəssisəsi , xalqın ibadət yeri olan 10 məscid dağıdılmış, Ermənistandan qovulmuş soydaşlarımızın 380 kəndi zəbt edilmiş və əhalisinin bütün var-dövləti orada qalmışdır. Respublikamıza təxminən 30 milyard ABŞ dollarından artıq məbləğdə ziyan dəymişdir.

Ağdam , Şuşa , Laçın istiqamətinə çıxan yollar əvvəlcədən ZTR-lərlə , tanklarla kəsilmişdi. Ölümün pəncəsindən xilas olmaq üçün meşələrə .dağlara , dərələrə üz tutub pərən- pərən olmuş adamları güllələyirdilər. Ana baladan ,bacı qardaşdan ayrı düşmüşdü. Köməksiz adamların harayı ərşə qalxırdı. Bu harayın içində tövlələrdə yandırılan atların kişnəməsi , mal-qaranın mələməsi də eşidilirdi. Düşmən olduqca amansız idi. Bu məqamda heç kim Xocalının imdadına çata bilməmişdi.. Xocalı qan içində boğulurdu. Birtəhər canlarını vəhşi quldurların əlindən qurtarmağa cəhd edən zavallı xocalılar meşələrə çəkilmişdi. Dan yeri təzəcə söküləndə soyuqdan donmuş adamlar, yaralarının ağrısını unutmuş, qocalar, dodaqları çat - çat olmuş körpələr yanaqları şırım- şırım edilmiş gəlinlər və qızlar meşədən çıxmaqla güclü güllə yağışına düşdülər.

Fevralın 27-də Xocalıda 250-300 nəfər Ağdama gələ bilmişdi. Dəhşətli xəbərlər eşidilirdi. Bu dözülməz dəhşətləri gözlərilə görən şəhidlər deyirdilər ki, Yarov kəndi tərəfdə 300 , Ağbulaqda 500, Əsgəranda 150, Naxçıvanikdə 400 nəfər əsir düşmüşdümeşələr qadın və uşaq meyitləriilə dolu idi.

Azərbaycan xalqı torpaqlarımızın müdafiəsi uğrunda gedən müharibələrdə çox şəhid və qurbanlar vermişdir. Ancaq Xocalı faciəsi qan yaddaşımıza xüsusi yazıldı. Ulu öndərimiz Heydər Əliyev Xocalı soyqırımı haqqında belə söyləmişdir:

“ Bu bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına , millətinə , vətəninə, sədaqətinin nümunəsidir, ikinci tərəfdən də ermənistanın millətçi, vəhşi qüvvələri xocalılara qarşı edilən soyqırımdır. ” Xocalı erməni qaniçənlərinin yolu üstündə böyük maneəyə çevrilmişdi. Xocalı özünün coğrafi mövqeyinə görə Dağlıq Qarabağda həm magistral şosse yolunun, həm də dəmir yolunun üstündə yerləşirdi. Hava limanı da Xocalıda yerləşirdi. Buna görə də ermənilər hər vəchlə Xocalını ələ keçirməyə çalışırdılar.


Xocalıda köməksiz uca qalam yarılıb,

Günahsız körpə qoca ana, bacı qırılıb.

İçirək öz qanını , arxalı köpək itə,

Qala bilməz nahaq qan .bu qisas qiyamətə.


Xocalı müsibətinin günahsız qurbanlarının acı taleyi heç vaxt unudulmayacaq, onların xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Qan yaddaşımız !

Bunları yadda saxla:
1991 ci il 26 dekabr. Xankəndinin işğalı (sahəsi 1048 kv.km,

əhalisi ---57 000)

1992 ci il 26 fevral. Xocalının işğalı (sahəsi 0,936 kv.km,

əhalisi --- 25000min nəfər)

1992 ci il 8 may Şuşanın işğalı(sahəsi 0,29 min kv.km,

əhalisi --- 29, 0min nəfər)

1992 ci il 18 may Laçının işğalı (sahəsi1,84 min.kv.km

əhalisi --- 73.1min nəfər)

1992 ci il 2 oktyabr Xocavəndin işğalı (sahəsi 1,46min. kv.km

əhalisi --- 41,8min nəfər)

1993 cü il 3-4 aprel Kəlbəcərin işğalı (sahəsi 3054 kv.km

əhalisi --- 79, 0 min nəfər)
1993 cü il 7 iyul Ağdərənin işğalı (sahəsi1700 kv.km

əhalisi --- 47 000)

1993 cü il 23 iyul Ağdamın işğalı (sahəsi1,15 min.kv.km,

əhalisi ---177,6min nəfər)


1993 –cü il 23 avqust Cəbrayılın işğalı (sahəsi 1,050min kv.km,

əhalisi 71.5 min nəfər.)

1993 –cü il 23 avqust Füzulinin işğalı (sahəsi 1,39 min kv.km,

əhalisi --- 113.7 min nəfər)

1993 –cü il 31 avqust Qubadlının (sahəsi 802 kv.km,

əhalisi --- 38,1min nəfər)

1993 -cü il 29 oktyabr Zəngilanın işğalı (sahəsi 0,71 min kv.km,

əhalisi 39,8 min nəfər.)


Bu tarixlər bizdə intiqam almaq, vətən torpaqlarını murdar erməni işğalçılarının tapdağından xilas etmək üçün tarixi yaddaş olmalıdır Çünki bu tarixləri unutsaq özümüz də millət olaraq unudularıq.



Xocalı facıəsinin 24- cü ildönümü ilə əlaqədar kitabxanalarda keçirilən

tədbirlər.


Bu dəhşətli faciədən 24 il keçir. Bütün Azərbaycan xalqı bu faciəni ürək ağrısıyla öz qəlbində yaşadır. Hər bir azərbaycanlının ürəyində bu faciə XX əsrin faciəsinə çevrilib.

Bir çox idarə və müəssələrdə , məktəblərdə, mədəniyyət ocaqlarında o cümlədən kitabxanalarda Xocalı faciəsinin 24 – cü ildönümü iləəlaqədar silsilə tədbirlər həyata keçirir.

Kitabxanada vətənpərvərlik mövzusunda keçirilən tədbirlər gənclərin,

məktəblilərin, tərbiyəsində, milli ruhda böyüməsində mühüm rol oynayır. Eyni zamanda bu tədbirlər gənclərdə düşmənə qarşı nifrət, torpağa məhəbbət hissini gücləndirir.

Bütün bununla yanaşı həmçinin kitabxanada Xocalıya aid ədəbi –bədii kompazisiya keçirmək olar. “Layla, Xocalım, layla “ adlı kompozisiyanın ssenarisini təqdim edirik.

26 Fevral –Xocalı faciəsi ilə əlaqədar “ Layla,Xocalım, layla” adlı Ədəbi - Bədii Kompozisiya .


Aparıcı: I Yenə qarlı , şaxtalı , o ayazlı dəhşətli gecənin 24- cü ilində üz - üzə, göz

– gözə dayanmışıq . Bütün Azərbaycan xalqı bu faciəni ürək ağrısıyla öz

qəlbində yaşadır. Azərbaycanlının ürəyində bu faciə XX əsrin faciəsinə çevrilib.

1992- ci ilin 26 fevralında erməni silahlı birləşmələri və rus ordusunun

366 – cı motoatıcı alayının köməyi ilə Azərbaycanın qədim şəhəri

Xocalıya nankorcasına hücum etdilər. 613 nəfər o cümlədən 106 qadın, və 63 uşağı xüsusi qəddarlıqla qətlə yetirdilər. 487 nəfər şikəst edildi. 1275 nəfər əsr götürüldü, 150 nəfər itgin düşdü. Başı kəsilmiş , dərisi soyulmuş , soyuqdan daş heykələ dönmüş , insanların doğmaların ahi , naləsi yeri - göyü lərzəyə gətirdi. Təbiət ağ libasa geyinsə də , hər yan qırmızı rəngdə görünürdü. Çünki qar üstünə qan yağırdı. Bu qan günahsız Xocalıların qanı idi.



Aparıcı: II Xocalıdan səs gəldi:

Kömək edin ,amandı !

Güllələrin səsindən

Ot tutdu,aləm yandı.

Tənha qaldı Xocalı,

Kömək edən olmadı.

Dağıldı şəhər bütün,

Ondan əsər qalmadı.


Aparıcı: I Erməni-rus ordusu

Basqın etdi qəflətən.

Qadın, qoca,uşağıı

Qətlə yetirdi birdən.

Bələkdəki körpələr

Süngülərə taxıldı.

Su yerinə axardı.
Aparıcı: II Adamların qanıyla

Yuyuldu ana torpaq.

İşgəncələr verildi

O gün xalqına Allah!

Güllələndi millətim.

Tapdalandı qeyrətim

Xocalıda o gecə.
Aparıcı: I Duz basdılar yarana,

Layla ,Xocalım ,layla

Düşdün gülləborana,

Layla, Xocalım, layla


Namərdi kim çağırdı?

Göydən ölüm yağırdı.

Dilnən demək ağırdı,

Layla, Xocalım, layla



Aparıcı: II Daş üstə daşmı qaldı,

Salamat başmı qaldı,

Gözümdə yaşmı qaldı,

Layla ,Xocalım ,layla.


Qaçdı Novruzun tamı,

Kimdir yandıran şamı?

Yas elədin bayramı,

Layla, Xocalım, layla
Aparıçı: I Dərdin kimi acı yox,

Ağrı var ,əlacı yox.

Ağlamağa bacı yox,

Layla ,Xocalım ,layla.


Çıxmağa yol olmadı,

Uçmağa yol olmadı.

Üzməyə sal qalmadı,

Layla, Xocalım ,layla.


Aparıçı: II Kədər düşdü payına,

Səndən çətin yayına.

Hay vermədik hayına,

Layla ,Xocalım, layla.


Yara sarıyan hanı?

Haqdan yarayan hanı?

Yurdu qoruyan hanı?

Layla ,Xocalım, layla


İtən çənim olaydı,

Bitən dənim olaydı.

Vətən mənim olaydı,

Layla ,Xocalım, layla.


Aparıcı: I Könül adamları ,ruh adamları

Ağrı adamları,ah adamları

Saflıqda dünyanın şeh adamları

Ulu məmləkətin şah adamları

Belimiz qırıldı şah damarından

Qoruya bilərdik məzarımızı


Döyüşdə əsgərə dönə bilərdik

Torpaqda səngərə dönə bilərdik

Sıyırılmış xəncərə dönə bilərdik

Allahu-əkbərə dönə bilərdik

Dünya bizdən ötrü məhşərə döndü

Qoruya bilərdik məzarımızı


Aparıcı: II Yaxına gəlməd i uzaqlarımız

Çox yerdə kar oldu qulaqlarımız

Baltalar enəndə kökə ,gövdəyə

Bilmədik qoruyar budaqlarımız

Axarı qarışdı zir- zibilə

Gözündən bulandı budaqlarımız

Qoruyar bulaqlaq , qaynar çeşmələr

Qoruya bilərdik məzarımızı.


Dərd gəlsə də özümü şən tutmuşam

O işığın ətəyindən tutmuşam

Heç bilmirəm uduzmuşam, udmuşam

Haqqa doğru yol gedirik nə vaxtdır.


Aparıcı: I Haqqa bağlan , tağ qəlbində haqqa bax

Haqq axtarma , haqqa boylan , haqqa bax

Mən sonrayam , haqq əzəldi, haqq qabaq.

Haqqa doğru yol gedirik nə vaxtdır.

Ulu tanrım ! olmazları ol eylə

Ulu tanrım! Imanımı bol eylə

Ulu tanrım! Məndən sənə yol eylə

Haqqa doğru yol gedirik nə vaxtdır


Son.
Xocalı faciəsinə aid ədəbiyyatlar:

1. Azərbaycan tarixi: 1941-2002-ci illər (mətn):7 cilddə.c.7.-B.: Elm,2008.-688s.

2. Nüsrət Kəsəmənli. Seçilmiş əsərləri (mətn) : // Xocalı şeiri.-B.:Şərq –Qərb,2004.-

256, s.247.

3. Duyğun Ramiz.Xocalı qisasa çağırır… (mətn): /R.Duyğun // Təki vətən yaşasın:

Poema və şeirlər - B.: 2002.- 196 s.

4. Z.Yaqub. Layla, Xocalım, layla: Xocalım ay Xocalım (mətn ): Şeirlər //Seçilmiş

əsərləri: 2 cilddə.C.2. –B.: Şərq –Qərb, 2006 – 87-89 s. 101-103 s..

5. Rəvan İ.X., Cəfərli H.Ə. Xocalı faciəsi ( mətn ): Roman. – B.: Çıraq, 2003. -348 s.

6. Hacızadə M. Xocalım – ağım mənim .( mətn ) : - B.: Mütərcim, 2008. - 100 s.

7. Maмедова Х. Ходжфлы (текст): Шехиды и шехиды: Армянский терроризм как

составная часть международного герроризма . – Б.: Дом сказку, 2005 .- 248 стр.




Xocalı faciəsinə aid məqalələr:


  1. Xocalı Soyqırımının ildönümləri ilə əlaqədar ümummilli liderin xalqa müraciətləri. 25 fevral 2000 - ci il [Mətn] //Azərbaycan.- 2011.- 25 fevral.- S.6.

  2. Xocalı yarası qəlbimizi həmişə sızladacaq [Mətn]: [Təzəpir məscidində ulu öndər H.Əliyevin çıxışı. 25 fevral 1995-ci il] //Azərbaycan.- 2011.- 25 fevral.- S.6.

  3. Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir [Mətn]: [Azərbaycan Respublikası Prezidenti İlham Əliyev faciə qurbanlarının xatirəsini anım mərasimində iştirak etmişdir] //Azərbaycan.- 27 fevral.- S.1; Respublika.- 27 fevral.- S.1.

4.Abbaslı, T. Xocalı... Bu gənc faciə qocaldı! [Mətn] /T.Abbaslı //Mədəniyyət.- 2011.- 25 fevral . - S.11. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində düşnmədən azad olunacaq [Mətn] /F.Abdullayev //Azərbaycan.- 2011.- 26 fevral.- S.3
5. Abdullayev, N. Xocalı Soyqırımı xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsidir

[Mətn] /N.Abdullayev //Xalq qəzeti.- 2011.- 27 fevral.- S.5.



6. ABŞ-dakı Azərbaycan diasporu “ Xocalıya Ədalət “ kampaniyasının loqosu ilə

köynəkləri təqdimetmişdir [Mətn] //Xalq qəzeti.- 2011.- 23 fevral.- S.3.

7. Ağaoğlu, S. Xocalı soyqırımı [Mətn] /S.Ağaoğlu //Respublika.- 2011.- 26 fevral.-S.6; 27 fevral.- S.4.

8. Akifqızı, Ş. ABŞ konqresində Xocalı Soyqırımının qurbanları ilə bağlı bəyanatlar

səsləndirilmişdir [Mətn] /Ş.Akifqızı //Xalq qəzeti. - 2011.- 23 fevral.- S.2.



9. Akifqızı, Ş. Xocalı faciəsi qurbanlarının xatirəsi ABŞ-da yad edilmişdir [Mətn]

/Ş.Akifqızı //Xalq qəzeti.- 2011.- 27 fevral.- S.4



10. Bayramov, R. Xocalı Soyqırımına gedən yol [Mətn] /R.Bayramov //Azərbaycan.-

2011.- 26 fevral.- S.5; 25 fevral.- S.9. .



11. Bayramov, O. Ankarada Xocalı Soyqırımı qurbanlarının xatirəsi anılmışdır [Mətn]: [Azərbaycanın Türkiyədəki səfirliyi Ankaranın Etimesqut bələdiyyəsi ilə Xocalı

Soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirmişdir] /O.Bayramov //Xalq

qəzeti.- 2011.- 25 fevral.- S.2

12. Bayramov, O. Xocalı faciəsinin qurbanları xarici ölkələrdə də anılacaq [Mətn]

/O.Bayramov //Xalq qəzeti.- 2011.- 27 fevral.- S.2.



13. Cavid. Xocalı – bütün xalqların dərdi [Mətn] /Cavid //Xalq qəzeti.- 2011.- 25 fevral.- S.9.

14. Dərələyəzli, K. Şəhid soydaşlarımızın ruhları bizi işğal olunmuş torpaqlarımızı azad etməyə çağırır [Mətn] /K.Dərələyəzli //Xalq qəzeti.- 2011.- 27 fevral.- S.5.

  1. Əhmədov, E. Ermənistanın etnik təmizləmə -soyqırımı və işğalçılıq siyasətinin

nəticələri [Mətn] /E.Əhmədov //Xalq qəzeti.- 2011.- 26 fevral.- S.4

16 Əliyev, R. Türkiyənin TRT kanalı Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verməlidir [Mətn] /R.Əliyev //Xalq qəzeti.- 2011.- 23 fevral.- S.4.

17. Əliyev ,T. Xocalı Soyqırımına aparan yol [Mətn] /T.Əliyev //Xalq qəzeti.- 2011.- 20 fevral.- S.10.

18. Əliyev, T. Prezident İlham Əliyev: Xocalı Soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir [Mətn] /T.Əliyev //Xalq qəzeti.- 2011.- 23 fevral.- S.4.

19. Əliyeva, M. Qana boyanmış körpə gülüşləri [Mətn] /M.Əliyeva //Respublika.- 2011.- 26 fevral.- S.5.



20. Əliyeva, M. Xocalı – əsrin faciəsi [Mətn] /M.Əliyeva //Respublika.- 2011.- 25 fevral.- S.4.

21 Əzizov, X. Xocalı Soyqırımı Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın

apardığı etnik təmizləmə siyasətinin bir mərhələsi idi [Mətn]: [İsraildə keçirilmiş anım

mərasimi] /X.Əzizov //Azərbaycan.- 2011.-27 fevral.- S.2.

22. Hacızadə, A. Moskvada “Xocalı Soyqırımı: Qarabağ münaqişəsinin dəhşətli hadisəsi haqqında həqiqət” mövzusunda mətbuat konfransı keçirilmişdir [Mətn] /A.Hacızadə //Xalq qəzeti.- 2011.- 25 fevral.- S.2

23. Həsənov, İ. Şəhidlər unudulmur [Mətn] /İ.Həsənov //Xalq qəzeti.- 2011.- 27 fevral.- S.4.

24. Hüseynova, N. Xocalı faciəsi Latviya jurnalisti-nin gözü ilə [Mətn] /N.Hüseynova

//Azərbaycan.- 27 fevral.- S.4.



25. Xəlilov, R. Xocalı faciəsi dünyanın gözü ilə [Mətn] /R.Xəlilov //Xalq qəzeti.- 2011.- 27 fevral.- S.3.

26. Xəlilzadə, F. Erməni qəddarlığının ifşası [Mətn] [Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türkiyəli jurnalist, professor Cem Oğuzun çəkdiyi “Qaçqın: Anar
Usubovun uzun səyahəti” filminin təqdimat mərasimi keçirildi] /Flora Xəlilzadə //Azərbaycan.- 2011.- 23 fevral.- S. 7

27. Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı soyqırımı

siyasətinin qanlı səhifəsidir [Mətn] //Xalq qəzeti.- 2011.- 27 fevral.- S.1.



28.. Xocalı faciəsi türk jurnalist Cem Oğuzun “Qaçqın: Anar Usubovun uzun səyahəti” filminin təqdimatı ilə anılmışdır [Mətn] //Xalq qəzeti.- 2011.- 22 fevral.- S.3.

29.Xocalı faciəsi – vəhşiliyin, qəddarlığın son həddi [Mətn] //Azərbaycan.- 2011.- 27 fevral.- S.2.



30. Xocalı qurbanlarının xatirəsi Xarkovda da anılmışdır [Mətn] //Azərbaycan.- 2011.- 20 fevral.- S.7.

31 Xocalı qurbanlarının xatirəsi Kiyev şəhərindəki Qolodomor abidə kompleksinin önünə gül çələngi qoymaqla yad edilmişdir [Mətn] //Respublika.- 2011.- 24 fevral.- S. 5.

32. Xocalı faciəsi qurbanlarının xatirəsi Səbail rayonunda anılmışdır [Mətn] //Respublika.-

2011.- 25 fevral.- S.5.



33. Xocalı faciəsi qurbanlarının xatirəsi Səudiyyə Ərəbistanında da anılmışdır [Mətn]

//.- S.2.Respublika.- 26 fevral.- S.3



34.Xocalı Soyqırımı Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin apardığı etnik təmizləmə siyasətinin bir mərhələsi idi [Mətn] //Respublika.- 2011.- 27 fevral

35. Xocalı Soyqırımı bəşər tarixində misli görünməmiş cinayətdir [Mətn] [Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən tədbir haqqında] //Azərbaycan.- 2011.- 26 fevral.- S.4.

36. Xocalı Soyqırımı tələbə və şagirdlərin gözü ilə [Mətn]: [Bakı Dövlət Universitetində Xocalı Soyqırımının 19-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir] //Xalq qəzeti.- 2011.- 26 fevral.- S.2; Respublika.- 2011.- 26 fevral.- S.3

37. İlyasoğlu, R. Xocalı Soyqırımı – qan rəngində ağ gecə [Mətn] /R .İlyasoğlu //Respublika. - 2011.- 27 fevral.- S.5

38. İlyasoğlu, R. O dəhşətli gecə [Mətn] /R.İlyasoğlu //Respublika.- 2011.- 24 fevral.- S.5.

39. İsmayılov, İ. Tarixin bağışlamayacağı qanlı cinayət [Mətn] /İ.İsmayılov //Azərbaycan - 2011.- 25 fevral.- S.9

40. İşğal olunmuş Azərbaycan torpaqları Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində düşməndən azad ediləcəkdir [Mətn]: [Konstitusiya Məhkəməsində Xocalı Soyqırımının 19-cu ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir] //Xalq qəzeti. - 2011.- 26 fevral.- S.2.

41. 26 fevral 1992-ci il, Xocalı Soyqırımını unutma! [Mətn] //Xalq qəzeti.- 2011.- 26 fevral.- S.7

42. Mahmudov, E. Nahaq qan yerdə qalmayacaq [Mətn] /E.Mahmudov //Respublika.- 2011.- 25 fevral.- S.4.

43. Məlikli, G. Bu qan yerdə qalmayacaq [Mətn] /G.Məlikli //Xalq qəzeti.- 2011.- 27 fevral.- S.4.



44. Məmmədov, E. Əgər o vaxt hakimiyyətdə Heydər Əliyev olsaydı, Xocalı faciəsi baş verməzdi [Mətn] /E.Məmmədov; müsahibəni apardı: R.Cəfərli //Azərbaycan.- 2011.- 22 fevral.- S.8.

45. Məmmədov, X. Xocalı Soyqırımı bəşəriyyətə qarşı cinayətdir [Mətn] /X.Məmmədov

//Respublika.- 2011.- 26 fevral.- S.4.



46.Mustafazadə, N. XX əsrin qanlı soyqırım gecəsi [Mətn] /N.Mustafazadə //Respublika.- 2011.- 27 fevral.- S.4.


47. Nərimanoğlu, M. Xocalı Soyqırımı sülh və bə-şəriyyət əleyhinə cinayətdir [Mətn]

/M.Nərimanoğlu //Azər-baycan.- 2011.- 25 fevral.- S.11



48. Sadıqlı, F. Arzuların çin olsun [Mətn]: [Xocalı faciəsi haqqında] /F.Sadıqlı //Azərbaycan.- 2011.- 27 fevral.- S.3.

49. Salmanlı, R. Nahaq qan yerdə qalmaz [Mətn] /R.Salmanlı //Azərbaycan.- 2011.- 27 fevral.- S.3.

50. Sən Xocalıya qayıdacaqsan [Mətn] //Azərbaycan.- 2011.- 26 fevral.- S.4.

Tərtib edənlər: Səfərova Məhsətixanım - Metodika və Məlumat biblioqrafiya

şöbəsinin müdiri.



Oruclu Müjgan - Kitabxananın baş biblioqrafı
Yüklə 82,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin