ATAMA VƏ ANAMA MƏKTUB
“Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol –bol dua edin.Vətənin dar günündə ürəyim dözmür.Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sakitlik tapır. İnşallah şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəyəm. Şəhid olsam ağlamayın əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdü. VƏTƏN SAĞ OLSUN !
Nəhayət, ömrünün ən gənc çağında 22 yaşında 2010 – cu ilin iyunun 18 –dən 19-na keçən gecə saat 23: 30 radələrində dəfələrlə atəşkəs rejimini pozan ermənilərə qarşı mərd əsgər əlində Azərbaycan Bayrağı ilə səngərdən çıxaraq 1 km - lik neytral məsafəni ( minalanmış sahəni ) tək keçir və ermənilərin mövqeyinə, ölüm – dirim savaşına atıldı. Mənfur düşmənlərin kazarmasını partladaraq ağlasığmaz sayda əsgər və zabitini məhv edir.Sonra o, 6 saatdan çox ,yəni səhərə qədər erməni ordusu ilə təkbaşına döyüşərək,daha bir irəli getmiş və Vətən yolunda qəhrəmanlıqla həlak olmuşdur.Məhz bundan sonra, ermənistanda 3 günlük matəm elan olunmuşdur Mübariz İbrahimov, onun ən böyük arzusu olan, şəhidlik zirvəsinə ucalmışdır.Özünün də dediyi kimi.
Dostları ilə paylaş: |