Biləsuvar Regional Mədəniyyət Idarəsi Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin



Yüklə 113 Kb.
səhifə4/5
tarix10.01.2022
ölçüsü113 Kb.
#108973
1   2   3   4   5
V Ə T Ə N S A Ğ O L S U N !
Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimov Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.Biləsuvar şəhərindəki xüsusi istedada malik uşaqlar üçün məktəb –

lisey kompleksi Mübariz İbrahimovun adını daşıyır. Məktəbin həyətində qəhrəmanın büstü qoyulmuşdur. Həmçinin mərkəzi küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilib.

Allah, Vətənimizin hər qarış torpağı üçün canını qurban vermiş bütün Şəhidlərimizə Rəhmət eləsin!

Mübariz , adını tarixə yazdın,

Bir hünər göstərdin, yer , göy oynadı.

Ey Babək ürəkli, Fərhad biləkli,

Vətən bayrağına içmişdin andı.

Milli Qəhrəmansan halal et haqqın

Mübariz, adını tarixə yazdın.

Sındırdın belini xain düşmənin,

Xocalı qisasın yerdə qoymadın.

Şəhid zirvəsinə ucaldın qalxdın.

Milli qəhrəmansan halal et haqqın

Mübariz , adını tarixə yazdın.


Titrəyib erməni, adın gələndə

Min – min mübarizlər,yetişir hələ

Örnəyi olmusan bütün gəncliyin.

Milli Qəhrəmansan halal et haqqın

Mübariz , adını tarixə yazdın.
Ağlamır, sızlamır süd verən Anan!

Aslan bəsləyibdir, düşmənə sarı.

Bütün analar da olubdur Anan.

Milli Qəhrəmansan halal et haqqın

Mübariz, adını tarixə yazdın.
Bir daha günəşi görməz olsan da

Əbədi dünyada rahat ol,rahat.

Zülmətlər içindəparlayan ulduz.

Milli Qəhrəmansan halal et haqqın

Mübariz, adını tarixə yazdın.
Ocaq, pir olubdur, ata ocağın,

Ziyarət edənə açır qucağın,

Boş qalıb Vətəndə hələ məzarın.

Milli Qəhrəmansan halal et haqqın

Mübariz, adını tarixə yazdın.
Ölməzlik heykəli, ucaltdın igid.

Düşmən kürəyini vuranda yerə.

Şan – şöhrət gətirdin ölümlə elə.

Milli Qəhrəmansan halal et haqqın

Mübariz, adını tarixə yazdın.

Sən şəhidsən yaşayacan əbədi

Qan tökdüyün o yer bizə Kəbədi,

Səcdən olan Ana Vətən məbədin.

Milli Qəhrəmansan halal et haqqın

Mübariz, adını tarixə yazdın.

Fəda etdin canın Vətən yolunda

Şəhid oldu min – min arzu kamında

Qəhrəmanlıq varmış elə qanında

Milli Qəhrəmansan halal et haqqın

Mübariz, adını tarixə yazdın.

Bəli, heç kəs anadan qəhrəman doğulmayıb!

Onun dünyaya göz açdığı mühit, yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr yetişdirir! Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində dövlət səviyyəsində aparılan mükəmməl ideoloji işin konkret nəticəsi kimi baxmaq lazımdır. Mübarizin hamını heyrətə salan qəhrəmanlığına, Azərbaycan gəncliyinə, Azərbaycan əsgərinə örnək olan, şöhrət gətirənMübariz mübarək adını ulu bir xalqın qəhrəmanlıq tarixinə öz rəşadəti və qanı ilə yazmışdır.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Mübariz Ağakərim oğlu İbrahimova “ Azərbaycanın Milli Qəhrəmanı”adının verilməsi və onun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamlar imzalamaqla bütöv xalqın ürəyindən keçənləri gerçəkləşdirdi

Bəli şəhidlər ölmürlər deyirlər,onlar əlçatmaz bir zirvəyə əbədiyyətə qovuşurlar. Mübarizin göstərdiyi bu mübarizlik indi əsl qəhrəmanlıq nümunəsi kimi bütün el – obanın dillər əzbəridir. İllər ötəcək, qərinələr keçəcək Mubariz kimi şəhidlərimiz göstərdiyi qəhrəmanlıqlar tarixindən heç zaman silinməyəcək.


Əgər vətən varsa demək şəhid var

Şəhidlər dünyada bir əbədiyyətdir.

Torpağı yolunda ölən oğullar.

Tarixlər boyunca yaşayacaqdır.


MKS-nin və bütün filial kitabxanaların, eləcə də mədəni – maarif işçilərinin qarşısında duran ən böyük vəzifələrdən biri ondan ibarətdir ki, Azərbaycan əsgərlərinin, qəhrəman oğullarının keçdiyi həyat yolları, onların göstərdikləri rəşadətləri haqqında gənc nəslə çatdırmaq və onlara böyük vətənpərvərlik hissini aşılamaqdan ibarətdir.

Elə bir rayon yoxdur ki, Milli qəhrəmanı, şəhidi olmasın. Hər bir kitabxanaçı öz həmyerlisi olan Milli Qəhrəmanı haqqında geniş oxucu kütləsi ilə söhbətlər aparmalı, sual – cavab gecələri təşkil etməli, foto – stend təşkil etməli, güşə yaratmalıdır, Bu güşədə onun həyatına, döyüş fəaliyyətinə aid materiallar toplanmalıdır. Güşəyə” Vətən uğrunda tökülən qan yerdə qalmaz”,” Qəhrəmanlar gənclərə örnəkdir”,” Qəhrəmanlar unudulmurlar” və sairə adları vermək olar. Qəhrəmanın doğum və ölüm günlərində yaxınları, dostları, döyüş yoldaşları ilə birgə anım mərasimləri keçirmək olar. Şəhid anaları, övladları, həyat yoldaşları ilə gənclərin görüşünü mütəmadi keçirmək , bu ailələrdə onların ünsiyyətini, təmasını yaratmaq da vacib məsələlərdəndir.Çünki bəzən mənəvi dayağa, təsəlliyə daha çox ehtiyac duyulur, bunu hər kəs verə bilər və verməlidir.

Sizə təqdim olunan bu metodiki vəsaitdə və dövrü mətbuat səhifələrində dərc olunmuş publisistik məqalələr toplanmış vəVətənimizin tarixində, millətimizin ürəyində özünə ölməzlik abidəsi ucaldan Azərbaycanın Milli Qəhrəmanına həsr edilmişdir.



Yüklə 113 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin