Biologiya – ksq ( Sinir sistemi II ) a variantı



Yüklə 433,3 Kb.
səhifə1/4
tarix26.11.2023
ölçüsü433,3 Kb.
#135166
  1   2   3   4
8biol 2



BİOLOGİYA – KSQ ( Sinir sistemi - II ) A variantı

1. Ulduzşəkilli hüceyrələr çıxıntıları ilə birləşərək sinir sistemini əmələ gətirir. Belə sinir sistemi necə adlanır və hansı heyvanlara xasdır? ( 6 bal )

_________________________________
2. Şəklə əsasən sinir toxumasının nədən təşkil olunduğunu və hansı rəqəmlərlə göstərildiyini müəyyən edin. ( 6 bal )
______________________________________
3. Hansı fikir sinir sisteminin əsas funksiyasına aiddir? ( 5 bal )
a) orqanizmin iş qabiliyyətini artırır
b) orqanizmin böyümə və inkişafını təmin edir
c) ali sinir fəaliyyətini həyata keçirir
d) insanın hərəkətini təmin edir
e) orqanizmdən maddələr mübadiləsinin son məhsullarının çıxarılmasını təmin edir
4. Düzgün variantı tapın: ( 2 bal ) Sinir toxumasının əsas funksiyası ( a ) oyanma və yığılmadır / ( b ) oyanma və oyanmanın ötürülməsidir.
5. Neyronların funksiyası nədir? ( 2 bal )
a) sinir impulslarının ötürülməsi
b) sinir impulslarının qəbul olunması
c) sinir hüceyrələrinin qidalandırılması
d) sinir hüceyrələrinin müdafiəsi
e) sinir impulslarının qəbulu və ötürülməsi
6. Sinir toxumasının bir hissəsində 187 hüceyrə varsa, bu toxuma hissəsində necə neyron və necə peyk hüceyrəsi olar? ( 6 bal )
_______________________________________
7. Onurğa beynindən nə qədər sinir çıxır?
( 2 bal )
a) 31 ədəd b) 12 ədəd c) 43 cüt
d) 31 cüt e) 12 cüt
8. Düzgün variantı tapın: ( 2 bal ) Sinirlər ( a ) mərkəzi sinir sistemindən kənarda, daxili orqanların yaxınlığında, onların divarında yerləşən duyğu neyronlarının cisimlərinin yığımıdır / ( b ) neyronların mərkəzi sinir sistemindən kənara çıxan uzun çıxıntılarından ibarət liflərdir.
9. Cisimləri sinir düyünlərində yerləşir, duyğu orqanlarından gələn impulsları onurğa beyninə və ya baş beyinə ötürür. Bu hansı neyronlara aiddir? ( 2 bal )
a) hərəki neyrona b) ara neyrona
c) hissi neyrona d) qarışıq neyrona
e) peyk hüceyrələrinə

Yüklə 433,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin