10. Aşağıdakı şəkildə neyronun cismi hansı rəqəmlə göstərilib və onun funksiyası nədən ibarətdir? ( 5 bal )
________________________________________ 11. Hərəki sinirlər nədir? ( 5 bal ) a) hissi neyronların uzun çıxıntılarından ibarət olub, impulsları mərkəzi sinir sisteminə ötürür
b) hissi və hərəki neyronların uzun çıxıntılarından ibarət olub, impulsları hər iki istiqamətə ötürür
c) hərəki neyronların aksonlarından ibarət olub,
impulsları mərkəzi sinir sisteminə ötürür
d) hissi neyronların uzun çıxıntılarından ibarət olub, impulsları orqanlara ötürür
e) hərəki neyronların aksonlarından ibarət olub, impulsları orqanlara ötürür
12. Sinir sistemində sualların yerinə hansı ifadələr yazılmalıydı? ( 6 bal )
________________________________________
13. Şəklə əsasən refleks qövsünün hissələrini yazın. ( 6 bal )
________________________________________
14. Şəkildə 5 rəqəmi ilə beynin hansı şöbəsi göstərilmişdir və onun funksiyaları hansılardır? ( 10 bal )
1. qoxudan başqa digər hiss orqanlarını beyin yarımkürələri ilə əlaqələndirir 2. həzm, tənəffüs və qan - damar sisteminin fəaliyyətini tənzimləyir 3. yerimə, qaçma, üzmə və s. reflekslərə nəzarət edir 4. skelet əzələlərinin iradi hərəkətlərini tənzimləyir 5. temperatur, maddələr mübadiləsi və emosiyaları idarə edir 6. onurğa beyindən və uzunsov beyindən gələn informasiyaları qəbul edir 7. müvazinəti təmin edir 8. hərəkətlərin dəqiqliyini tənzimləyir 9. işıq və səs qıcıqlarına qrşı səmt reflekslərini tənzimləyir 10. psixi fəaliyyəti təmin edir ______________________________________
15. Şəkildə 1 rəqəmi ilə beyin yarımkürələrinin hansı payı və bu payda yerləşən hansı nahiyə göstərilib? ( 5 bal )
_______________________________________
16. Somatik sinir sisteminə aid olan fikirləri seçin. ( 5 bal ) a) işi qeyri-iradidir, skelet əzələlərinin işini idarə edir, simpatik və parasimpatik sinirləri var
b) daxili orqanların işini idarə edir, işi iradidir, periferik sinir sisteminə aiddir
c) işi qeyri-iradidir, skelet əzələlərinin işini idarə edir, sinirləri baş beyindən çıxır
d) daxili orqanların işini idarə edir, işi qeyri- iradidir, periferik sinir sisteminə aiddir
e) işi iradidir, skelet əzələlərinin işini idarə edir, periferik sinir sisteminə aiddir
17. Şəkildə onurğa beyninin boz maddəsi hansı rəqəmlə göstərilmişdir, nədən təşkil olunmuş-dur və funksiyası nədir? ( 6 bal )