|
Biofizika və ya bioloji fizika - fizika elminin metod və
|
səhifə | 6/6 | tarix | 07.01.2022 | ölçüsü | 445 b. | | #84140 |
| Biofizika və ya bioloji fizika - fizika elminin metod və Biofizika və ya bioloji fizika - fizika elminin metod və yanaşmalarını istifadə edərək canlıları öyrənən elm. Canlı təbiəti bütün aspektlərdə,molekul və hüceyrədən başlayaraq biosferədək bütün təbəqələrdə öyrənir. Bioloji sistemlərin müxtəlif səviyyələrində gedən fiziki faktorlar haqqında elmdir.Biofizika canlılarda olan fiziki mexanizmlərlə bioloji xüsusiyyətlər arasında olan əlaqəni də öyrənir.
Ekologiya –canlı və cansız təbiətin qarşılıqlı Ekologiya –canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elmdir.Ekologiya orqanizm- lərin bir-biri və xarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini,onların yaşayış tərzində,inkişafında, çoxalmasında həmin amillərin rolunu,təbiətin (hava, su,torpaq,heyvan və bitki aləmi,faydalı qazıntıları və s.) mühafizəsini,təbii sərvətlərdən istifadə olunmasının qanunauyğunluqlarını,ekosistemləri, onların əlaqəsini,təbiətin dialektikasını öyrədir.
Bioloji təsnifat – canlı orqanizmlərin təsnifat Bioloji təsnifat – canlı orqanizmlərin təsnifat prinsiplərinin işlənib hazırlanması və sistemin qurulması üçün bu prinsiplərin praktik olaraq tətbiq edilməsi məsələsi daxil olan elmi intizamdır.Burada təsnifat dedikdə sistemə daxil olan bütün mövcud olan və ölmüş orqanizmlərin təsvir olunması başa düşülür.
Bəşəriyyətin müasir yaşayışını ekologiyasız Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyil.Yazmağı,oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən yaşamaq da bir o qədər çətindir.Ətraf mühit deyərkən – insanları əhatə edən,onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları,su,torpaq,hava və canlılar,antropogen maddələr,əşyalar və qurğular nəzərdə tutulur. Alimlər ətraf mühiti təbii və süni mühit olmaqla iki yerə ayırırlar.İnsanların həmişə asılı olduğu mühit təbiidir.Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədar insanların fəaliyyəti nəticəsində yaradılmışdır.
Dostları ilə paylaş: |
|
|