Biologiya tədrisi sisteminin formaları



Yüklə 125 Kb.
səhifə1/11
tarix06.05.2023
ölçüsü125 Kb.
#126518
növüDərs
  1   2   3   4   5   6   7   8   9   10   11
btm-serb-isi


Biologiya tədrisi sisteminin formaları
Bütün fənlərin tədrisi yalnız sistem halında keçildikdə faydalı olur. ‹‹Sistem›› yunan sözü olub, mənası fənlərin, hadisələrin və anlayışların məntiqi ardıcıllıqla birləşməsini ifadə edir. Sistem anlayışı təlim və tərbiyənin, qanun və qanunauyğunluqların inkişaf prinsiplərini, onun elementlərini həyata keçirmək deməkdir.
Məktəbdə təlim və tərbiyə işi müəyyən təlim formasında həyata keçirilir.
Təlim (tədris) forması – şagirdlərin tədris – idrak fəaliyyətinin müxtəlif şəraitə uyğun olaraq (sinifdə, təbiətdə) müəllim tərəfindən təşkilidir.
Tədris sisteminin aşağıdakı formaları var:

  1. Dərs.

  2. Dərslə əlaqədar aparılan ekskursiyalar.

  3. Ev tapşırıqları.

  4. Dərsdənkənar məcburi işlər (canlı guşədə, tədris – təcrübə sahəsində, təbiətdə).

  5. Sinifdənkənar könüllü məşğələlər (dərnək, gecələr, fərdi və kütləvi işlər).

  6. Məktəbdə və ondankənar görülən ictimai – faydalı işlər.

Dərs. Dərs tədris işinin ən əsas və başlıca formasıdır. Dərs dövlət tərəfindən tədiq olunmuş proqram və rərslik əasında keçirilir. Şagirdlərin dərsdə iştirakı məcburi sayılır. Məktəb biologiya kursunun məzmunu, təbiəti, onun qanunlarını, canlılar aləmini: bitki, heyvan, insan orqanizmini, canlıların xüsusiyyətlərini sistemlə öyrənməkdən ibarətdir.
Bioloji anlayışlar, dünyagörüşü, təfəkkür, praktik bilik və bacarıqlar əasən dərsdə inkişaf etdirilir. Çünki mövzu və bəhslərin tədrisi müəyyən ardıcıllıq vı sistemlə dərs prosesində həyata keçirilir.
Biologiya dərsləri mövcud təlim metodları (şifahi şərh, əyani və praktik metodlar) əsasında keçilir. Müəllim bitki və heyvanları nümayiş etdirir, müxtəlif orqanizmlərin xarici və daxili quruluşunu praktik olaraq öyrədir. Lakin elə uzun sürən proseslər və hadisələr var ki, onu sinifdə öyrətmək mümkün deyildir. Xüsusən təbiətdə baş verən və uzun müddət müşahidə tələb edən hadisələri öyrənmək üçün tədrisin başqa daha əlverişli formasından istifadə olunur. Belə formalar dərsi tamamlayan formalardır. Bunlardan biri ekskursiyalardır.
Ekskursiyalar. Tədrisə bəzən dərsin ekskursiya formasından da istifadə olunur. Ekskursiya zamanı bitki və heyvanları təbii qruplaşmalarda ( çöl, çəmən, meşə, su və s.) kənd təsərrüfatında və ya muzey, park və s. yerlərdə öyrənmək olur.Şagird ekskursiyalarda gördüklərini bütün tədris prosesində yada salır, təsəvvür edir. Onlar dərsdə aldıqları bilikləri isə möhkəmləndirir, dəqiqləşdirir və ümumiləşdirirlər.Ona görə də ekskursiya dərslə sıx əlaqəli olmalıdır.Ekskursiyalar zamanı toplanan əyani vəsaitlər isə dərs prosesində nümayiş etdirilir. Yekunlaşdiricı ekskursiyalarda isə şagird özü müstəqil müşahidə aparır və material toplayır. Beləliklə, şagird özünün nəzəri biliyini praktik olaraq tətbiq edir.
Ev işləri ilə də dərsin əlaqəsi mövguddur. Lakin burada əsas praktik və eksperiment xarakterli tapşırıqlar verilir.
Əgər şagird dərsdə müəyyən anlayışları öyrınirsə, evdə sadə təcrübəqoyar və müşahidə apara bilər. Deməli, şagird məktəbdə apardığı təcrübəni evdə tamamlayır və nəticəni təsdiq edir. Məsələn, əgər toxumun tərkibini sinifdə öyrənirsə, evdə müxtəlif ərzaq məhsullarında nişastanın olmasını sübut edir. Çiçəyi keçdikdə evdə müxtəlif bitkilərin ləçək və kasa yarpağı onun erkəkciklərini və dişiciyini sayır. Çiçəyi dəftərə yapışdırır. Eyni zamanda sxem tərtib edir və yaxud cədvəli doldurur. Dərsə qədər şagirdin qabaqcadan evdə gördüyü iş daha maraqlıdır. Məsələn, şagird toxumun cücərmə şəraitini keçməmişdən əvvəl evdə toxum cücərdib sinfə gətirərsə və dərsdə onun nəyicələrini müqayisə edərsə daha yaxşı nəticə verir. Ona görə müəllim hələ dərs keçməmişdən əvvəl evə tapşırıq verə bilər.
Müəllim, həmçinin məsələ həlli kimi praktik tapşırıq da verə bilər. Ev tapşırıqlarının icrası və onun nəticəsi sinifdə müzakirə olunur və müəllim təcrübənin nəticələrini sinifdə nümayiş etdirir.
Dərsdənkənar işlər – ev tapşırıqlarından mürəkkəbdir. Bunun üçün ayrıca canlı obyekt və cihazlar lazımdır. Dərsdənkənar işlərə aşağıdakılar daxildir:

  1. canlı güşədə iş;

  2. tədris- təcrübə sahəsində iş;

  3. yay tapşırıqları üzrə təbiətdə iş.

Canlı güşədə və biologiya kabinetində aparılan işlər qabaqcadan nəzərdə tutulur. Şagird tərəfindən aparılan təcrübə müəllim yaxud ən yaxşısı isə şagird tərəfindən nümayiş etdirilir.
Tərdis – təcrübə sahəsindəki iş isə bütün kurs üzrə il boyu aparılır. Onun nəticələri isə dərsdə istifadə olunur.
Yay tapşırıqları da dərsdə müəllim tərəfindən verilir. O, müəyyən sistemlə və ardıcıllıqla konkret olaraq verilir. Dərsdənkənar işlər məcburi olduğu üçün onun icrasına qiymət verilir.
Sinifdənkənar işlərin məzmunu dərsin məzmununu təkrar etməməlidir, o mədudlaşdırılmamalıdır. Lakin şagirdin təfəkkürünü, bilik dairəsini genişləndirməlidir.
Tədris formalarının qarşılıqlı əlaqəsi. Tədris prosesində müxtəlif mövzular və kurslar arasında qarşılıqlı əlaqə yaratmadan tədrisdə müvəffəqiyyət qazanmaq olmaz. Ona görə mövzular arasında qarşılıqlı əlaqə yaradılmalıdır. Məsələn, bitkilər kursunda ‹‹Toxum›› bəhsində birləpəli və ikiləpəli toxumlu bitkilərin təyini, toxumun quruluşu, toxumun tərkibinin təyini və s. mövzular ‹‹Kök›› bəhsində ‹‹kök sisteminin təyini››, əmici tellərin quruluşu və s. mövzularla əlaqələndirilməlidir. Bu əlaqə formaları ekskursiyalarda, ev tapşırıqlarında, canlı guşədə, tədris – təcrübə sahəsində və yay tapşırıqlarında görülən işlərlə də əlaqələndirilir.
‹‹ İnsan və onun sağlamlığı›› kursunda ‹‹Qan›› və ‹‹Qandövranı›› dərslərində müəllim müxtəlif metodlardan: müsahibə, nağıl, təcrübə nümayişi, praktik işlərdən istifadə edir. Eyni zamanda müəllim dərsdənkənar vaxtda şagirdlərə belə bir tapşırıq verir: insan və qurbağa qanından təzə preparat hazırlayın, plastilindən qan hüceyrələrinin formasını hazırlayın, arteriya və vena qan damarları yaralandıqda ilk yardım etməyi öyrənin, nəbzi biləkdə və yuxu arteriyasında sayın.
Sinifdənkənar tədbirlərdə, yəni ‹‹ Gənc fizioloqlar ››, dərnəyində isə ‹‹ Qan köçürmə››, ‹‹ Qan dövranının kəşfi tarixi››, ‹‹ Azərbaycanda tibb elminin inkişafı ›› və s. mövzularda məruzə və təcrübələr aparılır. Lakin tədrisdə əsas aparıcı və mərkəzi yeri dərs tutur.
Bəzən ekskursiyanı metod hesab edirlər.Bu düzgün deyildir. Ekskursiyada müxtəlif metodlardan istifadə olunur.Şərh metodu, əyani metod, praktik metod vəs.
Biologiya tədrisində ictimai – faydalı iş formasına da xüsusi əhəmiyyət verilir. İctimai – faydalı iş şagirdlərin dərketmə qabiliyyətinin inkişafında, əməyə məhəbbət tərbiyəsində mühüm rol oynayır. Biologiyada bəzi mövzuların daha yaxşı mənimsənilməsində ictimai – faydalı iş mühüm rol oynayır. Məsələn, şagirdlərə toxumun basdırılma dərinliyinin cücərməyə təsirini öyrətmək üçün onlar bilavasitə faydalı işi özləri icra etməlidirlər. İctimai – faydalı işi özü də təlim metodu deyildir.
Yuxarıda dediyimiz tədris formalarından düzgün istifadə etmək üçün öyrənilən materialın məzmunu və xüsusiyyətləri, həcmi, tərbiyəedici təlim prinsipi və sistem nəzərə alınmalıdır.



Yüklə 125 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin