Biologiya tədrisi sisteminin formaları



Yüklə 125 Kb.
səhifə11/11
tarix06.05.2023
ölçüsü125 Kb.
#126518
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   11
btm-serb-isi

Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir.



Modifikasiya dəyişkənliyinin statistik qanunauyğunluqlarının öyrədilməsi metodikası


Xarici mühit amillərinin təsiri nəticəsində yaranan və irsən keçməyən genetik dəyişkənliyə modifikasiya dəyişkənliyi deyilir. Canlı orqanizmin inkişafı müəyyən şəraitdə gedir. Orqanizm xarici mühit amillərinin təsirinə cavab vermək xassəsinə malikdir. Orqanizmlərin xarici mühitin təsirlərindən müəyyən norma daxilində dəyişilməsi onların genotipləri ilə əlaqədardır. Daha doğrusu biz modifikasiyanı orqanizmlərin genotipindən asılı olmayan dəyişkənlik kimi təsəvvür etməliyik. Modifikasiya tipli dəyişmələr irsən keçilirsə də, lakin modifikasiyalaşma qabiliyyəti irsi xarakter daşımır. Modifikasiyalaşdırma qabiliyyəti növün təkamülü prosesində qazanılmış bir uyğunlaşmadır. Hər bir canlı mühit amillərinə müəyyən amplituda daxilində reaksiya göstərir. Modifikasiya tipli dəyişkənliyi genetik baxımdan düzgün başa düşmək üçün reaksiya norması anlayışı ilə tanış olmaq lazımdır. Genlərin fəaliyyəti isə xarici və daxili amillərin təsiri şəraitində baş verir. Belə məlum olmuşdur ki, hər bir orqanizmin müxtəlif əlamət və xassələrinin özünəməxsus reaksiya normaları vardır. Bu anlayışı bir klassik misal üzərində izah edək. Himalay ada dovşanları cinsinin bədəni əsasən ağ tüklə örtülü olur. Lakin onları tam ağ dovşanlardan-albinoslardan fərqləndirən bəzi əlamətləri vardır. Himalay dovşanlarındairsi xassə olaraq quyruq, ayaqlar, burun qara tüklə örtülü olur. Himalay ada dovşanını albinos (yəni piqmentlərdən mərhum olan) tam ağ dovşanlarla çarpazlaşdırdıqda birinci nəsildə himalay dovşanının əlamətləri dominant olur. Himalay ada dovşanının belindən bir sahənin tüklərini kəsib, temperaturu aşağı olan bir mühitdə saxlasaq və ya o yerə buz bağlasaq bir müddətdən sonra həmin yerdən qara tüklər çıxacaqdır. Deməli, aşağı temperaturun təsirinə bu cür reaksiya göstərmiş olur. Belində təcrübə yolu ilə qara tük əmələ gəlmiş himalay dovşanından bala aldıqda həmin əlamətin irsən keçmədiyini görəcəyik. Deməli, himalay dovşanın tük örtüyü ancaq genotip daxilində dəyişkənliyə uğrayır, ondan kənara çıxmır. Bu cür reaksiya norması daxilində baş verən dəyişkənliklər orqanizmin təkamül prosesində qazandığı bir xassədir. İnsanların qanında eritrositlərin miqdarı yaşadığı yerin dəniz səviyyəsindən hündürlüyü ilə əlaqədar artır. Dəniz səviyyəsindən 1300 m-də 1mm 3 qanda eritrositlərin miqdarı 5,2 milyona, 2400 m hündürlükdə 6 milyon ədəd (1mm3-da), 3100 m-hündürlükdə 1mm 3-da 6,6 milyon 5600 m-hündürlükdə 1mm 3-da 8,3 milyon eritrosit olmuşdur. Məlum olduğu üzrə eritrositlər bədəndə oksigeni daşıyır. Dəniz səviyyəsindən yuxarı qalxdıqca havada oksigen seyrəlir. Orqanizm bu dəyişilməyə eritrositlərini artırmaqla müəyyən norma (amplituda) daxilində reaksiya göstərir. İnsan dağlıq şəraitdən aşağıda yerləşən rayonlara köçdükdə proses əksinə gedir. Deməli, orqanizmlərin reaksiya normaları daxilində xarici mühit amillərinin dəyişkənliklərinə qarşı reaksiya göstərmələri təkamül prosesində qazandıqları uyğunlaşmadır.
Modifikasiya orqanizmlərin genotipi dairəsində baş verən fenotipik dəyişkənlikdir. Bu dəyişkənliklər genotipə toxunmur, buna görə irsən nəslə keçmir. Lakin xarici mühitin amillərinə qarşı bu cür dəyişilmələr genotiplə idarə olunur. İlk dəfə İohansen 1911-ci ildə genetikaya genotip və fenotip anlayışını daxil etmişdir. Fenotipik və genotipik dəyişkənliyi “təmiz xətlər” nəzəriyyəsi ilə izah etmişdir. Orqanizm və mühit problemi İohansenin paxla bitkisinin populyasiyası üzərində apardığı tədqiqatı genotiplə fenotipin qarşılıqlı əlaqə və münasibətlərini aydınlaşdırmağa imkan verdi. Yuxarıda göstərilənlərdən bir daha aydın oldu ki, modifikasiya irsən keçməyən dəyişkənlikdir.


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

Kimya fakultəsi kimya biologiya


ixtisasının III kurs 305-ci qrup tələbəsi
Mütəllimzadə Əfsanənin Biologiyanın
tədrisi metodikası fənnindən
SƏRBƏST İŞİ


Baş müəllim:b.f.d.İ.M.Kazımov
BAKI-2015
Yüklə 125 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin