Sonra lövhədə «Fəal dərsin gedişi və quruluşu» sözləri yazılır (və ya kartoçkası asılır).
Təlimçi bu günki mərhələdə əldə edilmiş təcrübəyə əsasən iştirakçılara:
fəal (interaktiv) və ənənəvi dərsləri müqayisə etməyi və onların fərqlərini qeyd etməyi;
fəal dərsin quruluşunu, onun mərhələlərini təsvir etməyi təklif edir.
İştirakçıların fərziyyələri dinlənilir və lövhədə yazılır.
2. Tədqiqatın aparılması(15 dəq.)
Təlimçi fəal dərsin ayrı-ayrı hissələrindən istifadə etməklə iştirakçıları tədqiqatı aparmaq üçün aşağıdakı yönəldici suallar vasitəsi ilə refleksiya üsulu ilə məsələnin həllinə yönəldir.
Yönəldici suallar:
Hər bir məşğələ nədən başlanırdı?
Bundan sonra hansı mərhələ başlanırdı?
İştirakçılar qrupda nə ilə məşğul idilər?
Qrup işindən sonra nə yerinə yetirilirdi?
Müzakirədən sonra nə ilə məşğul idilər?
Məşğələmiz adətən hansı mərhələ ilə yekunlaşdırılırdı?
Fəal dərsin hər mərhələsi nə ilə nəticələnirdi?
Cavablar təlimçi tərəfindən aşağıdakı cədvəldə əks olunur.