Biomexanika sual 16



Yüklə 81,79 Kb.
tarix18.11.2023
ölçüsü81,79 Kb.
#133120
Biomexanıka(16-18) (1)


Biomexanika sual 16
Nyutonun II qanunu.Qüvvələrin toplanması

Nyutonun ikinci qanunu – hərəkətin differensial qanunu maddi nöqtəyə qoyulan qüvvə və onun təcili arasındakı əlaqəni göstərir. Bu qanuna əsasən ətalətli sistemdə maddi nöqtənin aldığı təcil verilən qüvvə ilə düz, onun kütləsi ilə isə tərs mütənasibdir.

Cismin kütləsi zamandan asılı olaraq dəyişərsə, onda Nyutonun ikinci qanununu aşağıdakı kimi ifadə etmək olar: cismin impulsunun dəyişməsi ona təsir edən qüvvəyə bərabərdir.

Biomexanika sual 17
Nyutonun III qanunu



Üçüncü prinsip qarşılıqlı təsirə əsaslanır: İxtiyari iki cismin qarşılıqlı təsir qüvvələri modulca bərabər, istiqamətcə əksdir.
Qüvvələr cüt-cüt yaranırlar. Lakin müxtəlif cisimlərə tətbiq olunduqlarından bir- birini tarazlaşdırmırlar. Əgər A cismi başqa bir B cisminə qüvvə ilə təsir edərsə, onda A cisminə də B cismi tərəfindən eyni qiymətdə, ancaq əks tərəfə yönəlmiş qüvvə təsir edəcək. Yəni, qüvvə əks qüvvə yaradır.


Biomexanika sual 18
17Nyutonun III qanunu

Maddi nöqtə - sıfır ölçülərin abstrakt həcmi. Fizikada real cismin ideallaşdırılmış təsviri hesab edilir. Maddi nöqtə kimi konkret situasiyada ölçüsü və forması nəzərə alınmayan kütlə götürülür.
Maddi nöqtə nə fırlana, nə deformasiyaya uğraya bilir. Ona görə də maddi nöqtə ilə yalnız kinetik və potensial enerjini ifadə etmək mümkündür.
Şəkil 1.1-də xətt boyunca hərəkət edən maddi nöqtənin hərəkətini nəzərdən keçirək. Bu maddi nöqtə istənilən P nöqtəsində yerləşsin. Sonra bu hissəciyin mövqeyi eyni xətt üzərində uyğun sabit istinad nöqtəsindən ölçülən məsafə s ilə müəyyən edilə bilər. t +Δt zamanında hissəcik P' nöqtəsinə doğru hərəkət edir və onun mövqeyi s +Δs olur. Δt vaxtı ərzində hissəciyin mövqeyinin dəyişməsi Δs yerdəyişmə adlanır. Əgər maddi nöqtə istinad nöqtəsinin soluna, yəni mənfi istiqamətdə hərəkət edərsə, yerdəyişmə mənfi olardı.


Yüklə 81,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin