Bir ay oxudan sonar Toko çeçen xalq nağılını seçdi. Nağıl canavar haqqında idi



Yüklə 54 Kb.
tarix10.01.2022
ölçüsü54 Kb.
#109340

Toko, Tako və Pako bir aydır ki, nağıllar oxuyurlar. Bilirsinizmi, niyə? Məktəbdə nağıllar həftəsi keçirilir. Şagirdlərdən hamısı öz sevimli nağılını seçməlidir. Seçilmiş nağılı dostlarına danışdılar. Nağılın şəkillərini də çəkdilər. Çəkilmiş şəkilləri isə sərgiyə çıxardılar.

Toko da oxuyur. Toko istəyir ki, ən maraqlı nağılı oxusun. Toko istəyir ki, ən qeyri-adi nağılı da oxusun. Toko istəyir ki, ən maraqlı şəkilləri çəksin.

Bir ay oxudan sonar Toko çeçen xalq nağılını seçdi. Nağıl canavar haqqında idi.

Biri var idi, biri yox idi, bir ölkə var idi. Bu ölkədə xeyli əvvəl qasırğa baş vermişdi. Qasırğa ağacları kökündən çıxarmış, çayları, dənizləri, gölləri daşdırmışdır. Dağlardan torpaq çökmüşdü. Hamı harasa getməyə çalışırdı. Ora-bura qaçırdılar. Yalnız canavar qasırğadan qorxmadı. Qasırğa canavarı gah daşa, gah qayaya, gah dağa çırpdı. Canavar yerindən tərpənmirdi. Tezliklə qasırğa sakitləşdi, günəş ətrafa işıq saçdı, sanki heç nə baş verməmiş kimi, dünyada sülh hökm sürməyə başladı. Heyvanlar yenə də bir yerə toplaşdılar, canavarın yanına gəldilər və dedilər:


  • Canavar, külək ağacları kökündən qoparanda, sular daşıb qurunu örtəndə, dağlar uçanda və hamı özünə sığınacaq axtaranda, sən yerindən tərpənmədin.

Canavar qürurla dedi:

  • Üzərində gəzdiyim torpaq vətənimdir. Başıma hər nə gəlsə də vətəndən başqa heç bir sığınacağım yoxdur.

Deyilənlər heyvanları düşündürməyə başlatdılar, onlar utanıb başlarını aşağı salıb səssiz-səmirsiz yuvalarına tərəf getdilər. Canavar elə orada qaldı, öz taqətsiz bədəni ilə, gedənləri gözü ilə ötürdü.

Canavarın başqa vətəni yox idi...



Toko canavar haqqında çoxlu şəkillər çəkdi. Uşaqlar onun nağılını və şəkillərini daha çox bəyəndilər. Tokoya “ilin nağılçısı” mükafatı da verdilər.
Yüklə 54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin